Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nazirlik: Azərbaycanda internetin işində problem qeydə alınmayıb

Nazirlik: Azərbaycanda internetin işində problem qeydə alınmayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda internetin işində problemin yaranması barədə bəzi xəbər saytlarında dərc olunmuş məlumatlara aydınlıq gətirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, ölkədə internetin fasilələrlə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur.

Müvafiq xəbər saytlarına belə hallara qarşı daha diqqətlə yanaşmaq tövsiyə olunur.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ