Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ermənilər Türkiyədə partlayışlar törədə bilər

Ermənilər Türkiyədə partlayışlar törədə bilər

Ermənilər Türkiyədə partlayışlar törədə bilər

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəni böyük terror dalğası ilə hədələyib.

ANS PRESS-in məlumatına görə, "Rossiya 1" telekanalının "Poyedinok" (Qarşıdurma) verilişində çıxış edən Vladimir Jirinovski Türkiyə ordusunun Suriyaya girəcəyi təqdirdə Rusiyanın atacağı addımlardan danışıb. Onun sözlərinə görə, Türkiyə şəhərlərinə kürd və erməni terrorçularının dəstəyi ilə terror hücumları ediləcək:


"Həmin andan bütün Türkiyədə terror hücumları başlayacaq. Hökumət binaları yanacaq, hərbi düşərgələr havaya uçacaq".
"Həmin andan bütün Türkiyədə terror hücumları başlayacaq. Hökumət binaları yanacaq, hərbi düşərgələr havaya uçacaq. Bunu kim elədi? Biz bilmirik. Bunu silahlı kürdlər elədi, bəlkə də erməni silahlıları. Yunanlar, bolqarlar, ərəblər. Onlar orda miylonlarladır. Biz hardan bilək, onlar partlayıcı qurğuları kimdən alıblar".

Rusiyalı siyasətçi dünən Ankarada baş vermiş partlayışı məşq adlandırıb: "Dünən məşq idi, sabah bütün Türkiyə yanacaq",- deyə Vladimir Jirinovski fevralın 17-si axşam saatlarında Ankarada baş vermiş qanlı terror aktından danışıb.


"Rossiya 1" telekanalının "Poyedinok" verilişi - 18 fevral
Rusiyalı siyasətçinin bu sözləri Ermənistanda elə də sevinc doğurmayıb. Erməni mətbuatı Rusiyanın Türkiyə ilə münaqişəyə Ermənistanı da cəlb etməyə çalışmasından qorxu ilə yazır. Erməni şərhçi Naira Hayrumyan bu gün yazdığı məqaləsində Moskvanın Ermənistanı bu münaqişəyə çəkmək üçün bir çox gedişlər etdiyini vurğulayır: “Rusiyanın “İnterfaks” agentliyi gözlənilmədən 200 milyon dollar kredit qarşılığında Kremlin Ermənistana verəcəyi silahların siyahısını dərc elədi". Məlumatın məhz fevralın 18-də dərc olunmasına diqqəti çəkən Hayrumyan həm də Jirinovskinin dünənki verilişdə dediklərini xatırlayır. O, silahların siyahısının dərc edilməsinin Rusiyanın Türkiyəyə mesajı olduğunu bildirir: "Rusiya "partlayıcıların" kimin əlində olcağına işarə vurur".

Ankarada baş verən terror aktı
"İnterfaks"da dərc olunmuş siyahıya görə isə, həmin onillik kredit üzrə Ermənistanın Rusiyadan "Smerç" reaktiv sistemini və onun döyüş sursatlarını, ZRK "İqla-S" və onun raketlərini, "Avtobaza-M"kəşfiyyat radiotexnika kompleksləri, TOS-1A ağır oqnemyot sistemləri TZM-T nəqliyyat-yükləyən maşınlar ilə 9M113M idarə olunan raketləri, RPQ-26 qumbaraatanları, B-429E partladıcıları, Draqunov SVD - snayper tüfəngləri, zirehli tank texnikası, "Tiqr" zirehli avtomobilləri, mühəndislik vasitələri və əlaqə vasitələrinin alınması nəzərdə tutulur.


“Rusiya barışıq yolunda qurban vermək üçün nəsə axtarmağa başlayacaq və bizi tapacaq”.
Amma, göründüyü kimi, Rusiyanın bu əliaçıqlığı Ermənistan şərhçilərində elə də sevinc doğurmur. Ermənilər 1915-ci ildə olduğu kimi yenidən Rusiya-Türkiyə münaqişəsində alətə çevrilməkdən qorxurlar. Erməni şərhçi İqor Muradyanın fikrincə, tərəflər arasında qalmaqal çox tezliklə keçəcək: “Rusiya barışıq yolunda qurban vermək üçün nəsə axtarmağa başlayacaq və bizi tapacaq”.

Beləliklə, Ermənistan 100 ildən sonra yenidən tarixi seçim qarşısında qalıb və hər an Rusiya - Türkiyə münasibətlərinin “peşka”sına çevrilə bilər. Yüz illər boyu Osmanlılar tərəfindən “milləti-sadiqun” deyə şərəfləndirilmiş və imperiyanın ikinci xalqı səviyyəsinə qaldırılmış ermənilər 100 il qabaq etdikləri xəyanət nəticəsində tarixi vətənlərini itirdilər. Tarixi ağalarına indiki ağalarının diqtəsi ilə bir daha xəyanət etsələr, erməniləri nə gözləyəcəyini yalnız zaman göstərəcək.








Prinsesa от 20 fevral 2016 23:04
ahhh bu ermenileeeeeeeeer
Sadiqov от 20 fevral 2016 23:28
Qirilmisdar indi de Turkiye kecibler
--------------------
Miriş Soltanov от 21 fevral 2016 19:17
Bunlar Hamısı Bir Siyasətdi.Hamısı Öncədən Qurulmuş Bir Plandı:
Esgeroov
Esgeroov от 28 fevral 2016 11:19
Paylawiqniz Ucun Tewekurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ