loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Son dəqiqə! Azərbaycanlı meyxanaçı polis tərəfindən saxlanıldı - FOTO
Son dəqiqə! Azərbaycanlı meyxanaçı polis tərəfindən saxlanıldı - FOTO
loading...
Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılıb.

"Report"un xəbərinə görə, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.

DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, “Vüqar Səda”nın oxuduğu narkotik maddələrin istifadəsini təbliğ edən meyxanada “Kazbek” sözü də işlədilib.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 243
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!