Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Millət vəkili: "Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək imkanı yaradıb"

Millət vəkili: "Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək imkanı yaradıb"

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək imkanı yaradıb.

Lunar.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, 2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni bir sərəncamın şahidi oluruq:

"Elə bu gün əhalinin aztəminatlı kateqoriyası hesab edilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması ilə bağlı yeni bir sərəncam imzalandı. Sərəncama görə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq. Bütün bu addımlar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Əvvəlcədən müəyyənləşdirilmiş və planlı xarakter daşıyan bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaqdan ibarətdir".

Milli Məclis deputatının sözlərinə görə, nəinki MDB məkanında, bütövlükdə dünyada çox azsaylı dövlət tapıla bilər ki, orada əhalinin sosial problemlərinin həllinə Azərbaycandakı qədər diqqət göstərilsin:

"Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizdə sosial qayğıya ehtiyacı olan xüsusi təbəqə formalaşıb və onların sayı təqribən bir milyona bərabərdir. Bu isə dövlət üçün əlavə maliyyə mənbələri tapmaqla onu sosial sferaya yönəltmək zərurəti formalaşdırır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək imkanı yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perspektivlərini müəyyənləşdirib. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahürüdür".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ