Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məşhur rusiyalı reperin anası onun ölüm səbəbini açıqladı

Məşhur rusiyalı reperin anası onun ölüm səbəbini açıqladı

Məşhur rusiyalı reper Detslın (Kirill Tolmatskiy) anası İrina Tolmatskaya Birinci kanalın efirində oğlunun ölüm səbəbini açıqladı.

Lunar.az oxu.az-a istinadən bildirir ki, Detsl gərgin işi ilə bacarmayıb.

"Ölümün səbəbi gərgin işdir. O, son yarımildə iki albom yazıb. Əl və ayaq ağrısından şikayət edirdi",- Tolmatskaya deyib.

Reperin anası bildirib ki, Detsl əhəmiyyətli bir iş görmək üçün albomlar üzərində çox işləyirdi.

"Böyük ürəyi olan balaca", - Tolmatskaya qeyd edib.

Xatırladaq ki, Kirill Tolmatskiy fevralın 3-nə keçən gecə İjevskdə 35 yaşında vəfat edib. Reperin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ