Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda 21 günün gəlini yoxa çıxdı - FOTO

Bakıda 21 günün gəlini yoxa çıxdı - FOTO

Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova evdən yoxa çıxıb. Evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi isə məlum deyil.

Lunar.az xezerxeber.az-a istinadən bildirir ki, 18 yaşlı və 21 günün gəlini olan Səma Qafarova Lökbatanda qaldıqları evdən yoxa çıxıb. Səma Qafarovanın anası onun yaşadığı evdən avqust ayının 6-da yoxa çıxdığını iddia edir. Anası və xalasının verdiyi məlumata görə Səma Qafarova bu ilin iyul ayının 15-də öz istəyi ilə xalası oğlu ilə evlənib. Anası Zeynəb Qafarovanın dediyinə görə aralarında bu zamanda heç bir narazılıq olmayıb. Səma Qafarova hər kəs işdə olan zaman itib.

Zeynəb Qafarovanın dediyinə görə hər kəs işdə olduğuna görə qızı Səma bir qədər qorxduğunu bildirib.

Səmanın anası bildirir ki, bütün qohumlar hamı hər yerdə Səmanı axtarırlar.

Onu da qeyd edək ki, hadisə ilə bağlı Qaradağ rayonunun 10-cı polis bölməsinə də məsələ ilə bağlı müraciət olunub və araşdırma aparılır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ