Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Canli yayimda sevgilisini oldurdu
Canli yayimda sevgilisini oldurdu
loading...
ABŞ-da ötən ilin iyununda 22 yaşlı sevgilisi Pedro Ruizi canlı yayımda güllə ilə vurub öldürən 20 yaşlı Monaliza Perezə 6 aylıq həbs cəzası verilib.

Lunar.az teleqraf.com-a istinadən xəbər verir ki, məşhur olmaq üçün Yutub kanalında müxtəlif videolar yükləyən cütlük ən təhlükəli video çəkəcəklərinə dair anons vermiş, Ruiz sinəsində tutduğu ensiklopediyanın onu güllədən qoruyacağını iddia etmişdi.

Halstad şəhərində yaşayan cütlüyün bir övladı var. Perez videonu çəkəndə isə ikinci hamiləliyini yaşayırmış. Tvitter mikrobloqunda "Mən və Pedro böyük ehtimalla ən təhlükəli videomuzu çəkəcəyik, bu, mənim yox, onun fikridir", - deyə qeyd edən qadının sevgilsinin sinəsinə tuşladığı güllə onu ölümcül yaralayıb. Sinəsində tutduğu qalın ensiklopediyanın onu qoruyacağını zənn edən Ruizin vurulma anını canlı yayımla 30 nəfər və 3 yaşlı övladları izləyib.

Cinayət işinin araşdırılmasına rəhbərlik edən prokuror Ceyms Brunun sözlərinə görə, axmaqcasına plan Pedro Ruizin ideyası olub və Monaliza Perez səhvən, güllənin onu öldürməyəcəyinə inandığı üçün atıb.




loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 315





  • Foto.Lunar.az
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!