Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Azərbaycan bunu "Eurovision"da ilk dəfə edəcək - FOTO
Azərbaycan bunu
loading...
Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018" mahnı müsabiqəsinnin start götürməsinə sayılı günlər qalıb.

Lunar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə həftə bundan əvvəl təmsilçimiz Aysel Məmmədovanın (Aisel) Rusiyanın xalq artisti Filipp Kirkorovun sahib olduğu "Dream Team" adlı komandası ilə çalışdığı öz təsdiqini tapıb.




Komandaya İlias Kokotos və Dimitris Kontopoulos daxildir və Aiselin klip çəkilişləri Yunanıstandan davam edir. Bundan əlavə, sənətçinin Avropa səhnəsində oxuyacağı mahnının həm ingilis, həm də Azərbaycan dilində olacağı məlum olub.



Bununla da, Azərbaycanın "Eurovision" tarixində bir ilkə imza atacaq. Çünki bundan əvvəl bütün iştirakçılar müsabiqədə bir dildə (ingilis) mahnı ifa edib.

"Eurovision" mahnımızın bəstəkarı Dimitris Kontopoulosdur. Bundan başqa, hər kəsin bəstəkar kimi tanıdığı İlias Kokotos isə Ayselin xoreoqrafı olacaq.

Bu məqamda bildirək ki, "Eurovision 2016"da Rusiya təmsilçisi Sergey Lazerevin səhnə şousunun xoreoqrafiyası məhz ona məxsusdur. Dimitrisin isə "Eurovision" tarixi zəngindir. O, beynəlxalq müsabiqələrdə iştirak edən bir çox ulduzlarla çalışıb.




Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Qeyd edək ki, "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, "Amar pelos dois" mahnısı ilə 758 xal toplayaraq, müsabiqənin qalibi adını qazanıb.




loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 232
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!