Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sabirabadda AĞIR QƏZA: 5 nəfər yaralı var

Sabirabadda AĞIR QƏZA: 5 nəfər yaralı var

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

Lunar.az APA-ya istinadən xəbər verir ki, ötən gecə Sabirabad şəhərinin H.Əliyev prospektində Narlıq kənd sakini, 1955-ci il təvəllüdlü Əliyev Əlican Əliquzu oğlunun idarə etdiyi "Hyundai" markalı, 54 BJ 348 dövlət nömrə nişanlı avtomobillə, Sabirabad sakini, 1960-cı il təvəllüdlü Quliyev İlham Soltan oğlunun idarə etdiyi "Mercedes" markalı, 10 BL 313 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər- Narlıq kənd sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Mehriban Ağalar qızı (hər 2 qolunun sınığı), 2016-cı il təvəllüdlü Əliyev Bağır Kamran oğlu və 1998-ci il təvəllüdlü Cəfərova Fərqanə Elsevər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ