Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bazarda kütləvi dava: azərbaycanlılar küçəyə çıxıb yolu bağladı

Bazarda kütləvi dava: azərbaycanlılar küçəyə çıxıb yolu bağladı

Rusiyanın Nijni Novqorod şəhərində yerləşən meyvə-tərəvəz bazarında avqustun 16-da baş vermiş kütləvi əlbəyaxa davaya görə azərbaycanlılar yolu bağlayıb.

Lunar.az virtualaz.org-a istinadən xəbər verir ki, dava azərbaycanlılarla Orta Asiya respublikalarından olanlar arasında olub. Hər iki tərəfdən davada onlarla bazar alverçisi iştirak ediblər. Xəsarət alanlar var.

Davaya OMON müdaxilə edib, onlarla adam saxlanılıb. 20-dən çox dava iştirakçısı hələ də polisdədir.

Xəbər verilir ki, azərbaycanlılar küçəyə çıxaraq yolu bağlayıb və Orta Asiyadan olanların bazardan çıxarılmasını tələb edib. OMON onlara müdaxilə edərək yolu açıb.

Bazar isə hazırda bağlıdır. Kütləvi davanın səbəbi haqda məlumat verilmir.

















Bazarda kütləvi dava: azərbaycanlılar küçəyə çıxıb yolu bağladı








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ