Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gəncədə kürəkən qayınanasını bıçaqladı

Gəncədə kürəkən qayınanasını bıçaqladı

Şəmkir sakini Gəncədə bıçaqlanıb.

Lunar.az xəbər verir ki, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızı gilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ