Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
"Şəhid övladlarına pulsuzdur, ataları ödəyib..." (FOTO)
loading...
"Şəhid övladlarına pulsuzdur, ataları ödəyib..." (FOTO)



Lənkəran sakini Ramin Əkbərli, sahibi olduğu şirniyyat dükanında şəhid ailələrinə kömək etmək məqsədilə xeyriyyə aksiyası keçirir.

Lunar.az xəbər verir ki, o, Türkiyə mətbuatında bu tip xeyriyyə aksiyalarının keçirilməsi haqqında xəbərləri oxuduqdan sonra belə bir qərara gəlib.
"Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qardaşlarımızın xatirəsi xalqımız tərəfindən həmişə uca tutulub. Dövlət tərəfindən də şəhid ailələrinə lazımınca diqqət və qayğı göstərilir. Mən də şirniyyat məmulatları hazırlanan və satılan müəssisəmizdə şəhid qardaşlarımızın ailələrinə yardım etmək qərarına gəldim" — deyir R. Əkbərli.

Buna görə sahibkar obyektinin qapısından "Şəhid övladlarına tort məmulatları pulsuzdur, hesabları ataları tərəfindən ödənilib" elanını asıb: "Ötən ilin sonlarından bu aksiyaya start verdik. Yeni il ərəfəsində 20-yə yaxın şəhid ailəsinə tort və müxtəlif şirniyyat məmulatları hədiyyə edilib. Bu günə qədər 30-a yaxın şəhid ailəsinə yardım etdik. Yeni ildən sonra isə şəhid ailələrinə, həmçinin ərzaq və geyim hədiyyələri etmişik".

"Şəhid ailələrinə, təkcə şirniyyat və ərzaq yardımı etmirik. Şəhid övladlarının ad günü tədbirlərinin təşkili və bəzədilməsini həyata keçiririk" — həmsöhbət bildirib. Mağaza sahibi xidmətdən sui-istifadə edilməməsi üçün şəhid ailələrinin bununla bağlı müvafiq sənəd təqdim etməli olduqlarını qeyd edir. O, aksiyanın əsas məqsədini belə izah edir: "Məqsəd şəhidlər və onların ailələrinin unudulmaması, daim diqqət və qayğı görmələri və insanlarda vətənpərvərlik ruhunun artırılmasıdır".( mənbə: sputnik.az)


loading...
loading...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 315
PAYLAŞ
loading...
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.


Foto.Lunar.az
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Reklam
Xəbər lenti HAMISI

Musiqi HAMISI

HAMISI Ən çox oxunanlar

Reklam
loading...
Səsvermə
 

Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


 
 

Рейтинг@Mail.ru

Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!