Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Putin Ərdoğanla görüşməyib.

Putin Ərdoğanla görüşməyib.

Putin Ərdoğanla görüşməyib.

“Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla heç bir görüş keçirməyib. Belə görüşün planlaşdırılması barədə məlumat yoxdur". ANS PRESS-in məlumatına görə, bu haqda mətbuata Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da xarici işlər naziri Sergey Lavrovun Türkiyə tərəfi ilə heç bir görüş planlaşdırmadığını bildirib. "Mən bildiyim qədər nazirin türkiyəli həmkarı ilə heç bir görüşü nəzərdə tutulmayıb”.

M. Zaxarova həmçinin Rusiyanın münasibətləri korlayacaq heç bir addım atmadığını bildirib. O, bütün destruktiv addımların Ankara tərəfindən atıldığını da qeyd edib.


Mariya Zaxarova – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi


Türkiyə Xarici İşləri Nazirliyinin yanvarın 29-da Rusiyaya məxsus "Su 34" təyyarəsinin Türkiyə hava sərhədlərini pozması haqqında yaydığı bəyanatdan sonra prezident Rəcəb Tayyib Ərdoğan Putinlə şəxsən görüşmək istədiyini bildirib.

Ərdoğan baş verən hadisəyə münasibət bildirib. O deyib ki, Rusiya tərəfi Türkiyənin suverenliyinin pozulmasına yönəlmiş davranışlarını davam etdirəcəyi təqdirdə bunun ağır nəticələrinə hazır olmalıdır.
Kremlin mətbuat xidmətinin rəhbəri D.Peskov Ərdoğanın istəyi haqqında Putinə məlumat verildiyini demiş, lakin görüşün baş tutub-tutmayacağı barədə sualları cavablandırmaqdan imtina etmişdi.


Dmitri Peskov - Rusiya prezidentinin mətbuat katibi


Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsinin vurulması olub. Türkiyə tərəfi təyyarənin dövlət sərhədini pozduğunu deyir, Rusiya Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edir.
Bu hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Viza rejimi, iqtisadi sanksiyalar tədbiq edilib.










Miriş Soltanov от 18 fevral 2016 20:48
Görüşməsəniz Yaxşıdı)).
Esgeroov
Esgeroov от 28 fevral 2016 11:34
PAylawiqniz Ucun Tewekurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ