Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"TANAP" ın tikintisinin bərpa olunacağı vaxt açıqlandı.

"TANAP" ın tikintisinin bərpa olunacağı vaxt açıqlandı.

"TANAP" ın tikintisinin bərpa olunacağı vaxt açıqlandı.


TANAP-ın Türkiyə hissəsində tikinti işlərinin dayandırılması ilə bağlı rəsmi açıqlama verilib.

"TANAP" Doğal Qazarama şirkətindən ANS PRESS-ə verilən məlumata görə, işlər yalnız 86 metrlik ərazidə dayandırılıb.

“TANAP-ın ümumi uzunluğu 1850 km-dir. İşlər isə 86 metrlik ərazidə dayandırılıb. Buna səbəb yerin altında tarixi abidələrin tapılmasıdır. Artıq Türkiyənin müvafiq orqanlarına müraciət edilib. Onlar məsələni araşdırdıqdan sonra işlər bərpa ediləcək. Amma digər ərazilərdə tikinti işləri davam etdirilir”, - deyə şirkətdən bildirildi.

Bundan əvvəl Türkiyə mətbuatında ölkə ərazisində TANAP-ın tikintisinin dayandırılması barədə məlumat yayılmışdı. Səbəb kimi Ankara bölgəsində Dikilitaş Məhəlləsində dəmir boruları yerləşdirmək üçün buldozerlərlə qazıntı aparılan zaman yeraltı otaqların aşkarlanması göstərilirdi. Üzərində xaç simvolları olan otaqların tapılmasından sonra ərazidə aparılan tikinti işləri dayandırılıb.


Ankara, Türkiyə


Otaqların qədim Roma İmperiyası dövrünə aid olduğu bildirilir. TANAP qaz boru kəməri Azərbaycan qazını Türkiyəyə, daha sonra Avropaya çatdırmaq üçün nəzərdə tutulub. Ümumi uzunluğu 1850 km-dir. Boru xətti Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində inşa edilir.


TANAP qaz boru xəttinin tikinti meydançası


İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd kubmetr Azərbaycan qazının 10 mlrd kubmetri Avropaya, 6 mlrd kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsinin işə düşməsi Şahdəniz 2 layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2018-ci il üçün nəzərdə tutulub.


TANAP-ın qaz boru xəttinin keçdiyi ərazilər (qırmızı rənglə işarələnib)


Ötən ilin dekabrında Azərbaycana səfər edən Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirmişdi ki, layihənin tikintisinin 2018-ci ildən tez başa çatdırılması barədə prezident İlham Əliyevlə razılıq əldə olunub. Boru xəttinin təməli 2015-ci ildə martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulub. Bu münasibətlə təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ