Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sumqayıtda 25 yaşlı qızın boğulmasının TƏFƏRRÜATLARI - FOTOLAR

Sumqayıtda 25 yaşlı qızın boğulmasının TƏFƏRRÜATLARI - FOTOLAR

Sumqayıtda 25 yaşlı qızın boğulmasının TƏFƏRRÜATLARI - FOTOLAR



Sumqayıtda yerləşən idman komplekslərindən birində bədbəxt hadisə baş verib.

lunar.az apa-ya istinadən xəbər verir ki, idman kompleksinin hovuzunda üzən 1991-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 1-ci məhəllə sakini Ülkər Muradova boğularaq ölüb. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, üzgüçülük həvəskarı olan 25 yaşlı Ülkər Muradova iyulun 27-də kompleksə gəlib. O, hovuzda üzərkən, qəfil ürəktutması olub və boğulub.

Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mərhum Ülkər Muradova Qubadlı Rayon Xəstəxanasında işləyirmiş.






















MeLeK от 29 iyul 2016 14:53
ALLAH AILESINE SEBR VERSIN....uzucu bir haldir...tesekkur xeber ucun..
--------------------
Inara от 29 iyul 2016 14:54
allah rehmet elesin
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ