Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
''Seni axtariram'' yeniden ekranlara qayidirr

''Seni axtariram'' yeniden ekranlara qayidirr

''Seni axtariram'' yeniden ekranlara qayidirr


Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının Xəzər TV-də işə başladığı haqqında xəbər vermişdik. Bir müddət əvvəl sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat" verilişinin ideya müəllifi Xoşqədəm Hidayətqızı idi. Onun efirlərdən ayrılacağı haqqında xəbərlər də yayılmışdı.

Amma daxil olan məlumata görə, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdən "Xoşqədəmlə axtarıram səni" layihəsi ilə yenidən efirə qayıdacaq. Məlumatda, həmçinin bildirilir ki, onunla bu telekanalda vaxtilə ATV-də çalışan, Xoşqədəmlə heç vaxt əməkdaşlıq etməyən həmkarları da birlikdədirlər. Hazırda veriliş üzərində iş gedir və formatında bir az dəyişiklik edilir.

Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram" verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də "Xoşqədəmlə axtarıram səni" və "Deməsək olmaz" verilişlərinə aparıcılıq edib.

Aparıcı analıq məzuniyyətinə çıxarkən "Deməsək olmaz" proqramını İradə İsaqa həvalə etmişdi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ