Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hakim qətllə bağlı prosesdə özünə etiraz edib

Hakim qətllə bağlı prosesdə özünə etiraz edib

Hakim qətllə bağlı prosesdə özünə etiraz edib


Cinayət işinin başqa hakimin icraatına veriləcəyi açıqlanıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Babək Əzimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

lunar.az-nin APA-ya istinadən verdiyi məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakim özü-özünə etiraz edib. 

Buna səbəb hakimin ibtidai istintaqı aparan müstəntiqlə qohum olması göstərilib. Cinayət işinin başqa hakimin icraatına veriləcəyi açıqlanıb.

Xatırladaq ki, bu il fevralın 4-ü axsam saat 22 radələrində Xızının Giləzi qəsəbəsində 24 yaşlı Elmir Qulamovun qətlində təqsirləndirilən B.Əzimov saxlanılıb. Qətl hadisəsinə səbəb mərhumun B.Əzimova məxsus kafedə yemək yeyəndən sonra hesabı ödəməməsi olub. B.Əzimov barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb








Inara от 19 iyul 2016 11:23
xebere gore sagol
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ