Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Türkiyədə hərbi çevrilişə cəhd + FOTO

Türkiyədə hərbi çevrilişə cəhd + FOTO

Türkiyədə hərbi çevrilişə cəhd + FOTO


Baş nazir Binəli Yıldırım açıqlama verdi.

Türkiyə Baş naziri Binəli Yıldırım bir qrup hərbçinin ölkədə hərbi çevrilişə cəhd etməsi barədə açıqlama verib.

Bu barədə lunar.az NTV telekanalına istinadən xəbər verir.

“Bir qrup hərbi qulluqçu öz səlahiyyətlərindən istifadə edərək ölkədə çevrilişə cəhd ediblər. Vətəndaşlarımız əmin ola bilərlər ki, ölkədə asayişi qorumaq üçün əlimizdən gələni edəcəyik. Türkiyənin hazırkı hökuməti xalqın istəyi ilə seçilib və heç kəs demokratiyanın işinə kölgə sala bilməz. Təqsirkar şəxsləri ən ağır cəza gözləyir", - B,Yıldırım deyib.

DHA agentliyi qeyd edir ki, hərbi helikopter Ankarada milli kəşfiyyat təşkilatının binası yaxınlığında naməlum hədəfi atəşə tutub.

15.07.2016 23:52

Türkiyənin İstanbul şəhərində Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri terror təhlükəsi səbəbindən bağlanıb.

lunar.az-ın xəbərinə görə, bu barədə şəhər sakinləri sosial şəbəkələrdə yazərlar.

Bildirilir ki, hər iki körpü hərbçilər tərəfindən bağlanıb. Anadoludan Avropaya gedən avtomobillər geriyə göndərilir.

Təhlükəsizlik tədbirlərinə zirehli texnikalar da cəlb olunub.




















Prinsesa от 16 iyul 2016 19:44
Məlumatım var idi çox sağolun
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ