Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İstanbul aeroportunda güclü partlayışlar: 50 nəfər ölüb

İstanbul aeroportunda güclü partlayışlar: 50 nəfər ölüb

İstanbul aeroportunda güclü partlayışlar: 50 nəfər ölüb


Hava limanının bütün giriş və çıxışları bağlanıb.

Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 50 nəfərə çatıb.

lunar.az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər yayıb.

Agentliyin digər xəbərinə görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var.

00:12

İstanbulun Atatürk Beynəlxalq Hava Limanında partlayış və atışma nəticəsində, ilkin məlumata görə, 10 nəfər həlak olub.

lunar.az-ın “Milliyet” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Hazırda Atatürk Beynəlxalq Hava Limanında təyyarələrin uçuşuna və enməsinə qadağa qoyulub.

28.06.2016 23:31

Türkiyənin İstanbulun Atatürk Beynəlxalq Hava Limanında partlayış baş verib.

lunar.az-ın xəbərinə görə, bu barədə TRT Haber telenakanalı məlumat yayıb.

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.

Bildirilir ki, partlayışdan sonra silah səsləri eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb.

Hava limanına çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürən maşınları göndərilib.

Hava limanının bütün giriş və çıxışları bağlanıb.

Hadisənin terror aktı olduğu bildirilir.








ORXAN от 29 iyun 2016 07:02
ALLAH REHMET ELESIN :recourse:
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ