Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Erməni təxribatının əsl məqsədi

Erməni təxribatının əsl məqsədi



Son günlər cəbhədə baş verən prosesləri və bunun fonunda erməni tərəfinin özünü beynəlxalq arenada zərərçəkən tərəf kimi göstərməsini bir sıra amillərlə izah ediblər. ANS PRESS-ə açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ermənilər özlərini zərərçəkən tərəf kimi göstərərkən və guya Azərbaycan əsgərlərinin onların mülki əhalisini öldürməsi barədə məlumat yayarkən ilk əvvəl özlərinin bu işlərin mahir ustası olduğunu unutmamalıdırlar. Bu, onların Azərbaycana qarşı təxribatıdır.


"Bu, ermənilərin uydurmasıdır"
“Onlar Xocalıda qadınlarımızın qarnını süngü ilə dağıtmalarını, uşaqları avtomatlarla güllələmələrini unudurlar. Buna görə də hər kəs ermənilərin bu dezinformasiyasından uzaq olmalıdır. Belə məlumatlar və fotolar dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırmaq mahiyyəti daşıyır. Mən onların dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün hətta iki qoca vətəndaşını öldürməsini də istisna etmirəm”.

“Bu gün bütün dünya ictimaiyyəti atəşkəsə əməl etməsi üçün Ermənistana müraciət edir".
Üzeyir Cəfərov deyir ki, indi Ermənistan tərəfi ötən gün Azərbaycanın Müdafiə Nazirliyinin atəşkəs barədə qərar qəbul etməsinə baxmayaraq nə üçün hücumu dayandırmadığı və 15 əsgərimizi şəhid etdiyi barədə hesabat verməlidir: “Bu gün bütün dünya atəşkəsə əməl etməsi üçün Ermənistana müraciət edir. Onların özlərini yazıq kimi göstərməsi ilə yanaşı, döyüşləri davam etdirməsi hakimiyyəti qorumaq məqsədi daşıyır. Azərbaycan Müdafiə Nazirliyi bu gün Vyanada baş tutacaq görüşə rəsmi müraciət etməli və torpaqlarımızda antiterror əməliyyatlarını dayandırmayacağını bildirməlidir. Qoy erməni tərəfi ciddi şəkildə düşünməyə vadar olsun”.


Prosesləri ANS PRESS-ə şərh edən hərbi ekspert və psixoloq Azad İsazadə də Ermənistan hakimiyyətinin bu hərəkətlərini onların dünya ictimaiyyətinin diqqətini özlərinə cəlb etmək istəməsi ilə əlaqələndirib. “Onlar maksimum dərəcədə mülki əhali arasında “qurban”larının sayını artırmağa çalışacaqlar. Bununla da guya dünya ictimaiyyətinin diqqətini özlərinə cəlb edəcəklər. Bu dəfə onlar Azərbaycanın onlara bu dərəcədə ciddi cavab verəcəyini gözləmirdilər. Biz öz itkilərimiz barədə dəqiq açıqlamalar verdiyimizə görə, bu gün beynəlxalq aləmdə Azərbaycan tərəfini dəstəkləyən kifayət qədər təşkilatlar var və bu informasiya müharibəsində ermənilər qüvvələr balansını öz tərəflərinə cəlb etməyə çalışırlar”.

Hərbi ekspert Azərbaycanın atəşkəs elan etməsinə baxmayaraq Ermənistanın döyüşləri dayandırmamasına da münasibət bildirib: “Azərbaycan ordusu strateji əhəmiyyətli obyektləri geri qaytarıb. İndi ermənilər vəziyyəti öz xeyrinə dəyişmək üçün təxribat xarakterli addımlar atırlar. Burada söhbət güc arqumentinin kimin əlində olması ilə bağlıdır. Hazırda bütün güc Azərbaycanın əlindədir”.


Bu gün səhər saatlarında cəbhədə vəziyyətlə bağlı son məlumat yayılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.


Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.


BMT: Qarabağdan 50 erməni İrəvana getmək üçün müraciət edib
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ