loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Rusiya və İran xarici işlər nazirləri Bakıya gəlir
Rusiya və İran xarici işlər nazirləri Bakıya gəlir
loading...
Rusiya və İran xarici işlər nazirləri Bakıya gəlir


Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin Bakıda keçiriləcək görüşünün vaxtı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazirlər aprelin 7-də görüşəcəklər.

Onun sözlərinə görə, Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

"O cümlədən "Şimal-Cənub" və digər nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri, Xəzər dənizində çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub", - deyə Zaxarova bildirib.


Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bakıya səfərinə hazırlıq işlərinin getdiyi barədə xəbər vermişdi.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi isə fevral ayında mətbuata açıqlamasında Bakıda Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin görüşünün keçiriləcəyi ilə bağlı açıqlama vermişdi.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ötən il iyunun 17-də Rusiyaya işgüzar səfər zamanı bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.


Həmin vaxt Dağlıq Qarabağın ətrafında 7 rayonun qaytarılması ilə bağlı plan hazırlandığı bildirilirdi. Həmçinin İran və Azərbaycan xarici işlər nazirləri ötən ilin fevralında görüş keçiriblər.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 608
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!