Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İlham Əliyevin çıxışı Fransanı narahat etdi

İlham Əliyevin çıxışı Fransanı narahat etdi

İlham Əliyevin çıxışı Fransanı narahat etdi


“Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə yardım etməkdə davam edir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib. Onun sözlərinə görə, Fransa münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində ardıcıl işlərin davam etdirilməsinə üstünlük verir.

"Yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtdı".
“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin qəbul etdiyi tək formatdır. Münaqişə tərəfləri bu formatı qəbul edib”, - deyə Fransa rəsmisi bildirib.

O, ölkəsinin münaqişənin həllinə çalışdığını desə də bu günə kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib.


Romen Nadal - Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Bu səbəbdən də Azərbaycan cəmiyyətində adıçəkilən qrupa qarşı münasibət birmənalı deyil. Prezident İlham Əliyev də bir neçə dəfə Minsk qrupunun fəaliyyətini tənqid edib. O bildirib ki, Minsk qrupu Qarabağ məsələsinin həllinə yox, dondurulmasına çalışır.

“Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə Azərbaycan xalqının o qədər də böyük inamı olmayıb. Amma yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtdı. Minsk qrupunun həmsədrlərinin Avropa Şurasının işinə kobudcasına müdaxiləsi bu xoşagəlməz vəziyyətə gətirib çıxarıb. Onların müdaxiləsi nəticəsində Şurada Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilməyib. Həmsədrlər Avropa Şurasının rəhbərliyinə bu qətnamənin qəbul olunmaması üçün təzyiq göstərmişlər ki, guya bu sənəd münaqişənin həllinə problem yaradır”, - deyə İlham Əliyev qeyd edib.

Prezident bildirib ki, orada erməni işğalı pislənildi, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərlə bağlı Avropa deputatları öz səslərini ucaltdılar.


Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurumdur. Hazırda amerikalı həmsədr Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı həmsədr Pyer Andryudur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. 1996-cı ilin dekabrından Minsk qrupunun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri fəaliyyətə başlayıb.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ