Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Türkiyədə güclü partlayış, ölənlər var

Türkiyədə güclü partlayış, ölənlər var

Türkiyədə güclü partlayış, ölənlər var

Diyarbəkirdə terror aktı nəticəsində ölənlərin sayı məlum olub. .Polisin xidməti avtobusuna edilən hücum nəticəsində 4 polis dünyasını dəyişib.

Yaralı polislər xəstəxanaya yerləşdirilsə ohəkimlər onların həyatını xilas edə bilməyiblər.


Türkiyənin Diyarbəkir vilayətində baş verən terror aktı nəticəsində yaralananların sayı açıqlanıb.Diyarbəkir valisi polisin xidməti avtobusuna edilən hücum nəticəsində biri dinc sakin olmaqla 14 nəfər yaralanıb.

Həmçinin qeyd olunur ki, Diyarbəkirdə partlayışdan sonra dərhal əməliyyatlara başlanılıb. Və hazırda terrorçularla təhlükəsizlik qüvvələri arasında şiddətli atışmalar gedir.


Türkiyədə güclü partlayış baş verib. Diyarbəkirdə avtovağzal yaxınlığından polisin xidməti avtobusu bomba quraşdırılmış avtomobili partladıb.

Çox sayda yaralının olduğu bildirilir. Partlayış nəticəsində avtobusun içərisində olan polislər və ətrafdakı insanlar yaralanıblar.

Əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirilir. Bildirilir ki, partlayış baş verən ərazidə yaralılar qalıb.


Daha əvvəl isə "Haberturk" məlumat yaymışdı ki, Diyarbəkirdə avtobağzalın yanında yerləşən yaşayış binası yaxınlığında partlayış törədilib. Partlayış baş verərkən ərazidən hərbi maşının keçdiyi bildirilir. Terror aktı zamanı 3 nəfər yaralanıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ