Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Abseronda novruz senliyi

Abseronda novruz senliyi

Abseronda novruz senliyi

İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması ilə müjdələyən Novruz bayramı münasibətilə Xırdalanda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon şənliyi keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə düzənlənən tədbirdə minlərlə rayon sakini, eləcə də şəhərimizin qonaqları sevimli anlar yaşayıb.

Novruz atributları və rəmzləri ilə bəzədilmiş park hər kəsə bayram əhval-ruhiyyəsi bəxş edib. İlk dəfə olaraq 826 nəfər milli geyim geyinərək bayram şənliyinə qatılıb.


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın da qatıldığı şənlik qədim adət-ənənələrimizə uyğun olaraq Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir-duası ilə açıq elan edilib. Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə keçirilən bayram tədbirində cəngavərlər Novruz tonqalını qalayıblar.

[center]Tamaşaçıların alqışları ilə milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.


Başdan-başa “bayram libası”na bürünmüş parkın xiyabanlarında kiçik səhnələr quraşdırılmışdı. Burada xalq sənətkarlarının əl işləri, rəssamların tabloları nümayiş etdirilib, Novruzla bağlı mərasim səhnələri göstərilib, meyxana və saz ustaları folklor nümunələri ifa edib, məktəblilər şeirlər oxuyub, gənc pəhləvanlar qüvvələrini sınayıblar.

Qonaqlar kəndirbazların və sirk ustalarının çıxışlarına da tamaşa ediblər. Bahar bayramının ənənəvi elementlərindən olan xoruz döyüşdürmək də yaddan çıxarılmayıb.

Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını ənənəvi şirniyyata qonaq ediblər.

Rayonun bağca və məktəb kollektivlərinin hazırladıqları Novruz stendləri hər kəs tərəfindən bəyənilib və alqışla qarşılanıb.


Bundan sonra Bahar qızı tədbir iştirakçılarını bayram konsertinə dəvət edib. Abşeron Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsertdə respublikanın tanınmış incəsənət ustaları mahnılar oxuyub, bayrama aid şeirlər deyiblər.














Sadiqov от 19 mart 2016 21:59
Muellime senin sagirdlerin o balaca onde duranlardi? :greeting_mini:
--------------------
Haciyeva от 19 mart 2016 23:41
Alıntı: Sadiqov
Muellime senin sagirdlerin o balaca onde duranlardi? :greeting_mini:

bax o balaca yarawiqli oglanin xatirine qatildim mende o sergiye :dance_mini: :dance-2: :dance-2:
Sadiqov от 19 mart 2016 23:48
Alıntı: Deniz gozlu
Alıntı: Sadiqov
Muellime senin sagirdlerin o balaca onde duranlardi? :greeting_mini:

bax o balaca yarawiqli oglanin xatirine qatildim mende o sergiye :dance_mini: :dance-2: :dance-2:

Kimdir o yarasiqli oglan ))
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ