Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Taekvondoçularımız beynəlxalq yarışa yola düşdü

Taekvondoçularımız beynəlxalq yarışa yola düşdü

Para-Taekvando üzrə milli komandamız 5-ci Asiya çempionatına yola düşüb

Lunar.az xəbər verir ki, 16-19 iyul tarixlərində İordaniyanın Amman şəhərində 5-ci Asia Para-Taekvando yarışları keçiriləcək.

Yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə 6 idmançı təmsil edəcək. İdmançılarımız K44 kateqoriyasında yarışan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58kq), İmaməddin Xəlilov (61kq), Abuzər Əbülfəzli (75kq), Hüseyn Həsənov (75kq) və Vüsal İsmayılovdur (+75kq).

Yarış "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Komandamız Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə bu yarışa yola düşüb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ