Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Minsk-2019: Hacı Əliyev erməni ilə güləşəcək

Minsk-2019: Hacı Əliyev erməni ilə güləşəcək

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir

Sabah daha 3 güləşçimiz mübarizəyə start verəcək.

Bu gün həmin idmançılarımızın rəqibləri müəyyənləşib. Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla üz-üzə gələcək. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi isə Radoslav Baran (Polşa) olacaq.

Sabah qadın güləşçilərimizdən Irina Netreba (68 kq) da mübarizəyə qoşulacaq. O debütdə Cenni Franssonla (İsveç) qarşılaşacaq.

Qeyd edək ki, hər 3 təmsilçimiz yarışa 1/8 finaldan qoşulacaq. Yarışın ilk günü isə 1 güləşçimiz finala yüksəlib, digər üçü bürünc medal uğrunda iştirak hüququ qazanıb. Onlar da görüşlərinə sabah çıxacaqlar. (APA)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ