Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Konor əl çəkmir: Rusiyada Həbiblə döyüşmək istəyirəm...

Konor əl çəkmir: Rusiyada Həbiblə döyüşmək istəyirəm...

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt qarışıq döyüş növləri (MMA) üzrə idmançı Konor Makqreqorun planları haqqında danışıb.

Lunar.az Axar.az-a istinadən xəbər verir ki, irlandiyalı döyüşçü təşkilatın rəhbərinə UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədovla Rusiyada döyüşməyə hazır olduğunu vurğulayıb.

"Konor ən yaxşı boksçularla mübarizə aparmağa hazırdır. O, mənə Həbiblə Rusiyada döyüşmək istədiyini bildirib", - deyə UFC-nin rəhbəri qeyd edib.

Bundan əvvəl Makqreqor amerikalı Donald Serroneyə qarşı döyüşməyə də hazır olduğunu bildirmişdi. Donald Serrone Bruklində keçirilən "UFC Fight Night 143" turnirində texniki nokautla rəqibini məğlub etdikdən sonra irlandiyalı MMA döyüşçüsü ilə mübarizə aparmaq istədiyini söyləyib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ