Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Pomidorla necə arıqlamaq olar?
Pomidorla necə arıqlamaq olar?
loading...
Kim pomidordan imtina edə bilər?! Pomidor salatda, şorbada və sadəcə tərəvəz kimi çox ləzzətlidir. Onu pörtlətmək, qızartmaq, turşuya qoymaq olar, həmçinin onun vasitəsilə arıqlamaq da mümkündür. Pomidor pəhrizi ilin isti aylarında daha güclü təsirə malikdir. Bu pəhriz qışda da effektivdir, amma qış pomidoru yaydakına dad və vitamininə görə uduzur.

Ucuz və keyfiyyətli
Pomidor pəhrizi bütün pəhrizlər arasında ən ucuzu və əlverişlisidir. ANS PRESS "Aysel" jurnalına istinadən oxuyucularına pomidor pəhrizini təqdim edir. Sizə 1,5 kq miqdarında pomidor lazımdır, onu 4 hissəyə bölərək gün ərzində qəbul etməlisiniz. Bir günə bir kq itirəcəksiniz. Belə effektivliyinə görə pəhriz 2 gün üçün nəzərdə tutulub. Ən cəsarətli xanımlar 3 gün də tuta bilərlər, amma bundan çoxuna icazə verilmir.

İkinci variant
Daha bir pomidor pəhrizi var ki, birinci ilə müqayisədə daha doyumlu və asan olsa da, elə də effektiv deyil. İki həftə ərzində 5 kq arıqlamaq olar.
Səhər yeməyi: Bir stəkan pomidor şirəsi, üzərinə yağsız kəsmik çəkilmiş iki dilim qara çörək, meyvə.
Nahar: Bir stəkan pomidor şirəsi, 100 q suda bişirilmiş düyü (yağsız), tərəvəz, alma, 100 q suda bişirilmiş balıq.
Şam yeməyi: Mal qiyməsindən kotlet, tərəvəz, 50 q suda bişirilmiş düyü, bir stəkan pomidor şirəsi.
Bu pomidor pəhrizini 2 həftədən çox saxlamaq olmaz. Yalnız fasilədən sonra yenidən pəhriz saxlamağa icazə verilir.

Pəhrizin faydası
Alimlər sübut ediblər ki, tərkibində pomidor çoxluq təşkil edən pizza, spagetti kimi yeməklər dərini günəş yanmasına və qırışlara qarşı davamlı edir. İlk növbədə pomidor damarları tutulmadan qoruyur və qanı durulaşdırır. Ona görə də pomidor damar xəstəliyindən əziyyət çəkən və tromb yaranmasına meyilli olan hər kəsə məsləhət görülür. Pomidor şirəsi orqanizmi toksinlərdən təmizləyir, ümumi vəziyyəti yaxşılaşdırır və ağır xəstəliklərə tutulma riskini azaldır. Hətta demək olar ki, gündəlik pomidor qəbulu bəzi onkoloji xəstəliklərin profilaktikasıdır. Pomidor dərini ultrabənövşəyi şüalardan qoruyur. Orqanizminizi vitaminlərlə zənginləşdirmək istəyirsinizsə, pomidoru çiy halda yeyin. Əgər müalicəvi təsir görmək istəyirsinizsə, bu tərəvəzi suda və ya buğda bişirilmiş halda qəbul edin.

Kimə olar?
Əlbəttə ki, istənilən pəhrizdə olduğu kimi, pomidor pəhrizi də idmanla məşğul olan zaman daha gözəl nəticələr verəcək. Heç olmasa, gəzintiyə çox vaxt ayırın. Bu pəhrizdən ancaq sağlam insanlar yararlana bilərlər, yəni mədə-bağırsaq xəstəlikləri olanlar pomidor pəhrizindən ehtiyatla istifadə etməlidirlər.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 474
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!