Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Pəhriz saxlasanız da arıqlamırsınız?
Pəhriz saxlasanız da arıqlamırsınız?
loading...
Pəhriz saxlasanız da arıqlamırsınız?


Pəhriz saxlamağınıza baxmayaraq heç cür artıq çəkinizdən qutula bilmirsiniz? Fərqində olmadığınız bəzi xəstəlikləriniz arıqlamağınıza mane ola bilər. Dietoloq Xədicə Baygut belə bir vəziyyətlə qarşı-qarşıyasınızsa, mütləq həkimə müraciət etməyinizin vacib olduğunu vurğuladı və pəhriz saxladığınız halda hədəfinə çata bilməyən xəstələrə bunun altında yatan 10 səbəbi sıraladı.
1. Artıq çəkiyə səbəb ola bilən bir xəstəliyinizin tapılması: Bir həkimlə məsləhətləşmədən öz-özünə başladığınız bir pəhriz proqramı bir müddət sonra müvəffəqiyyətsizliklə nəticələnə bilər. Fərqində olmadığınız bir tiroid xəstəliyi, gizli şəkər ya da insulin müqaviməti, böyrəküstü vəzlərinin çox çalışması, polikistik over sindromu kimi vəziyyətlər çəki ata bilməməyinizin tibbi səbəbləri ola bilər. Bu cür xəstəliklər hər yaşda ortaya çıxa biləcəyi üçün arıqlamaqda çətinlik çəkdiyinizdə ya da arıqlama prosesi dayandığında da bu xəstəliklərin mütləq bir mütəxəssis həkim tərəfindən araşdırılması lazımdır.

2. Doğru olmayan qidalanma tətbiqləri: Bir pəhriz sizi ac saxlayırsa, deməli, o pəhriz doğru pəhriz deyil. Çox aşağı kalorili pəhrizlər bədənimizdən yağ toxuması ilə birlikdə çox miqdarda əzələ toxuması itkisinə də səbəb olur. Gün ərzində ən çox enerji xərcləyən əzələlərimizdir. Əzələ itkisi ilə birlikdə maddələr mübadiləsi sürətiniz yavaşlayar və kilo verməyə qarşı bir müqavimət meydana gələr, hətta əvvəlkindən çox kilo alına bilər.

3. Psixoloji problemlər və həddindən artıq stress halı: Psixoloji problemləriniz ya da həddindən artıq stressli bir həyatınız varsa, arıqlama mövzusunda müvəffəqiyyətsiz olma ehtimalınız var. Bu problemlər üçün istifadə edilə biləcək bəzi dərmanlar da yan təsir olaraq kilo artımına yol açır.

4. İnsanın nizamlı və özünə uyğun məşq etməməsi: Çəki itkisi insanın gündəlik aldığı kaloridən daha çox kalori yandırmasıdır. Bunu da uyğun bir qidalanma proqramına əlavə edilən məşqlərlə daha asan təmin etmək mümkündür. Eyni zamanda edilən məşqlər əzələ kütlənizin qorunmasını təmin edir və maddələr mübadiləsi sürətinizin azalmasına maneə törədir.

5. Ailəniz və ətrafınızdan kafi dəstəyi ala bilməmək: Arıqlamağa qərar vermək sizin üçün ən əhəmiyyətli addımdır. Bu addımı atarkən ailənizə və ətrafınızda birlikdə olduğunuz hər kəsə söyləməlisiniz. Onlardan sizə dəstək olmalarını və lazım olduğunda sizi xəbərdar etmələrini istəməlisiniz.

6. Ara paylardan imtina etmək: Maddələr mübadiləsinin nizamlı çalışması üçün gündə 3 ana və 3 ara pay yeyilməsi lazım olduğu elmi olaraq sübut edilmişdir. Səhər naharı erkən saatda edilməli, ara payı təxirə salınmamalıdır. Axşam yeməyini isə saat 19:00-dan əvvəl yeməyə diqqət yetirməlisiniz. Ana paylardan 2,5-3 saat sonra mütləq ara pay yeməlisiniz, bu maddələr mübadilənizin sürətini artıran ən əhəmiyyətli faktordur.

7. Kafi dərəcədə yatmamaq və dincəlməmək: Maddələr mübadiləsinin ən yavaş olduğu gecə saatlarında mütləq yatılmalı, ən sürətli olduğu səhər saatlarında də mütləq oyaq olunmalıdır. Yuxusuzluq stress hormonlarını artırır və bu hormonlar kilo artımına yol açır. Buna görə də mütləq gündə 7-8 saat yatmaq lazımdır.

8. Bol su içməmək: Maddələr mübadiləsinin düzgün işləməsi üçün gündə 2.5-3 litr su içməyi vərdiş halına gətirilməlisiniz.

9. Zərərli vərdişləri buraxmamaq: Siqaret və spirt kimi maddələrdən istifadə edənlərin arıqlama proqramlarında daha az müvəffəqiyyətli olduqları elmi araşdırmalarla müəyyən olunmuşdur.

10. Ümidsizliyə qapılmaq: Müəyyən miqdarda arıqladıqdan sonra, bədən yeni vəziyyətinə qarşı bir tarazlıq təmin etməyə çalışır və çəki itkisi azalır. Bu dövrdə ümidsizliyə qapılmamalı, mövcud çəkinizi qorumağa çalışmalı və məşq miqdarını artırmağa çalışmalısınız.


loading...
loading...
(səs: )
Şərhlər: 1
Baxılıb: 0
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    SENINEM
    maraqliydi saol canim
    6 августа 2016 01:50
    # 1
    yoxduu
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!