Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Hər sümüyü ağrıyan revmatizm xəstəsi deyil
Hər sümüyü ağrıyan revmatizm xəstəsi deyil
loading...
Revmatizm ciddi iltihabi, infeksion xəstəlikdir və onu bir neçə kliniki əlamətlərlə varsa diaqnoz edirlər. Onu xəstə özü-özünə təyin edə bilməz.

Lunar.az medicina.az-a istinadən əhali arasında geniş yayılmış revmatizmin səbəb və həqiqi əlamətlərini təqdim edir.

İlk növbədə revmatizm streptokokk infeksiyasının keçirilməsindən sonra yarana bilir və birləşdirici toxumaların iltihabi xəstəliyidir. Birləşdirici toxuma isə bütün orqanlarda var. Ona görə revmatizmdə əlim, dizim, ayaqlarım ağrıyır düşünmək yanlışdır.

Revmatizm ilk növbədə ürək, damar, oynaqları cəlb edir.

Bu xəstəlik qəfil, gizli və zamanla başlayır, inkişaf edir, ilk başda heç bir ağrı, əlamət vermir.

Xəstəliyin səbəbkarı beta hemolitik streptokokk bakteriyalarıdır. Onlar orqanizmə daxil olub angina, tonzillit, faringit, limfadenit yaradır. Əgər insanın immun sistemində genetik olaraq defekt varsa, o zaman bu xəstəliklərdən sonra revmatizma təhlükəsi də olur. Statistikaya görə, kəskin streptokokk infeksiyası keçirən insanların 3%-də revmatizm də yaranır. Göründüyü kimi böyük rəqəm deyil. Amma yenə də anginası, tənəffüs orqanlarının iltihabi xəstəliyini uşaqlıqdan tez-tez keçirən insanlar revmatoloq müaiyinəsində olub, vaxtında revma sınaq analizləri verməlidir ki, revmatizmi ilk başda yaxalaya bilsin.

Əsas əlamətləri:

-Bədəndə ümumi halsızlıq, zəiflik

-Oynaqlarda kəskin ağrılar və ya sancmalar

-Revmatizmi fərqləndirən cəhət:hərarətin olmasıdır. Ilk başda hərarət 37 dərəcə ola bilər, sonra 38-ə kimi yüksəlir.

-İnsan bu halı qriplə səhv salır

-Xəstə o zaman oyanır ki, artıq oynaqlarda artrit yaranıb.

-Bəzən ağrılar olur, sonra itir, sanki heç nə olmayıbmış kimi, bu zaman xəstə həkimə getmir. Amma buna aldanmayın: çünki revmatizm heç yerə itmir.

-Revmatizmi fərqləndirən daha bir ciddi əlamət: xəstəliyin ürəyi " vurmasıdır". Ürəkdə problemlər başlayır: nəbz dəyişir, ritm pozulur, ağrılar olur. İnsan təngnəfəs olur, tərləyir. Bunlar ürəyin virus tərəfindən iltihabını göstərir. Buna da revmokardit deyilir. 25% hallarda uşaqlarda ürək çatışmazığı yaradır.

Əgər sizdə hava dəyişən kimi oynaq ağrıları, sümüklər, diz, ayaqlar sancırsa, o zaman revmatizmdir deyib keçməyin. Revmatizm və artriti fərqləndirmək üçün müəyyən analizlərdən, müayinələrdən keçib arxayın olun. Əgər revmatizm təsdiqlənərsə, o zaman ciddi və ildə 2 dəfə müalicə almaq lazımdır ki, digər orqanlar və ürək sıradan çıxmasın. Xüsusən 7-15 yaşlı uşaqlar risk altındadır.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 154





  • Foto.Lunar.az
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!