Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yaşıl limonun bilmədiyiniz FAYDALARI: Duş qəbul edərkən...

Yaşıl limonun bilmədiyiniz FAYDALARI: Duş qəbul edərkən...

Sarı limona nisbətən daha az turş və kiçik olan yaşıl limonun fayadalarından xəbəriniz varmı?

Lunar.az Publika-ya istinadən bildirir ki, xoş qoxusu ilə yüzillərdir mətbəxdə və gözəllik üçün istifadə edilən yaşıl limonun istifadəsi və insan sağlamlığına olan faydaları haqqında araşdırmanı təqdim edir.

Tərkibindəki turşu sayəsində antioksidant özəlliyi daşıyan yaşıl limon daha çox qış mövsümündə istifadə olunur.

Yüksək miqdarda C vitamini ilə zəngindir. Tərkibində az miqdarda şəkər var. Xolestrol və təzyiq kimi xəstəliklərin dərmanıdır. B1, B2, B3, karoten ve kalsium kimi vitaminlərlə zəngindir.

Yüzillərdir xalq təbabətində geniş şəkildə istifadə olunur. Daha əvvəllər yaşıl limonun qabıqları qurudularaq xoş qoxu verməsi üçün geyimlərin arasına və evin künclərinə qoyulurmuş.

- Yaşıl limonun suyu və yağı kosmetika sənayesində istifadə olunur. Kremlərin qoxusu məhz yaşıl limon sayəsində müəyyən edilir. Yağı dəriyə olduqca faydalıdır. Cilddəki bakteriyaları və iltihabları təmizləyir. Təbii dərman kimi istifadə oluna bilər.

- Qış aylarında artan nəfəs yollarının xəstəlikləri immunitetə mənfi təsir göstərir. İmmuniteti gücləndirmək üçün vücudun gündə 80% C vitamini qəbul etməsi gərəkdir. Gün ərzində qəbul edilən 2 yaşıl limon bu ehtiyacı tamamilə qarşılayır.

- C vitamini cild qırışıqlığı və qocalmağın da qarşısını alır. Yaşıl limon qabıqlarını qaynadaraq suyu ilə dərinizi masaj edə bilərsiniz. Duş qəbul edərkən limonu ikiyə bölüb bütün bədəninizə çəkə bilərsiniz. Bu, tər toxumalarının təmizlənməsini təmin edər. Tərləyərkən pis qoxui yayılmasının qarşısını alar. Dərinin rəngini də qaydaya salar.

- saçlarınızı təmiz su ilə yuduqdan sonra qabığı ilə qaynadılmış limonun həmin suyunu son durulama kimi istifadə edə bilərsiniz. Bu, kəpəyin qarşısını alar, saçları təbii yolla qidalandırar. Saçlara parlaqlıq qazandırar.

- Mədə və bağırsaqlardakı artıqlıqları asan şəkildə xaric edər.

- Dişlərin arasındakı infeksiyalı hüceyrələri azaldar. Diş və diş ətini gücləndirər. Tüpürcəyin tərkibindəki pis hüceyrələri yox edər. Ağızdan gələn xoşagəlməz qoxunun qarşsını alar.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ