Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu ultrabənövşəyi lampalar QRİPİ MƏHV EDİR

Bu ultrabənövşəyi lampalar QRİPİ MƏHV EDİR

Alimlər tərəfindən qripi məhv edən zərərsiz ultrabənövşəyi lampa hazırlanıb. Bu gün xəstəxana və laboratoriyalarda mikrobları məhv etmək məqsədi İlə ultrabənövşəyi şüalardan istifadə olunur. Lakin bu metod insan sağlamlığı üçün təhlükə yarada bilər. Lunar.az bildirir ki, amerikalı fiziklər artıq müəyyənləşdiriblər ki, ultrabənövşəyi dalğaları qısaltdıqda insana zərər yetirmədən mikrobları məhv etmək mümkündür.

Belə ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Tibb Mərkəzinin fizikaçı alimi Devid Brennerin rəhbərliyi altında bir qrup tədqiqatçı tərəfindən dörd il ərzində qısa ultrabənövşəyi dalğalar öyrənilib. Alimlərin qənaətinə əsasən, bu cür dalğalar insanın gözünün buynuzlu qişasına və dərisinə heç bir zərər vermədən mikrobları öldürür. Hətta müəyyənləşdirilib ki, daha qısa ultrabənövşəyi dalğaları insanların çox olduğu yerlərdə də istifadə etmək olar.

Beləliklə, Brennerin rəhbərlik etdiyi bir qrup alim tərəfindən insan sağlamlığı üçün təhlükəsiz olan ultrabənövşəyi lampa hazırlanıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ