Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Hansı çay daha faydalıdır - yaşıl, yoxsa qara?
Hansı çay daha faydalıdır - yaşıl, yoxsa qara?
loading...
Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.

Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.

Lunar.az saglamolun.az-a istinadən bildirir ki, bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır - yaşıl yoxsa qara? Bu sualın cavabını tapmaq üçün Saglamolun.az sizə hər iki çay haqqında bəzi maraqlı məlumatları təqdim edir.

1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, qocalıq ağıl zəifliyinin inkişafına səbəb olur.

Lakin kofeindən sui-istifadə ürəyə ziyan vura bilər.

2. Yaşıl çayın tərkibində fol turşusu qara çayla müqayisədə daha çoxdur. Fol turşusu (B9 vitamini) qanyaratma proseslərində iştirak edir. Həmçinin fol turşusu damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

3. Qara çay katexin maddələri ilə daha zəngindir. Bu maddələr çaya xərçəng əleyhinə xüsusiyyətləri bəxş edir.

4. Qara çayda yaşıl çayla müqayisədə polişəkərlər daha çoxdur. Polişəkərlər qanda qlükozanın səviyyəsini tənzimləyir ki, nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə artıq çəki yığmamağa kömək edir.

Gördüyünüz kimi, həm yaşıl, həm də qara çayın çox faydalı və qiymətli xüsusiyyətləri var. Mütəxəssislər hər iki çayı içməyi tövsiyə edir.

Şərqdə belə bir maraqlı çay içmək adəti də var: hər iki çay ayrı-ayrılıqda dəmlənilir, sonra fincana hər çaydan süzülür və insan bu dadlı və faydalı qarışığı içir.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 540
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!