Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xərçəng xəstəliyinin 5 ƏSAS ƏLAMƏTİ – DİQQƏTLİ OLUN

Xərçəng xəstəliyinin 5 ƏSAS ƏLAMƏTİ – DİQQƏTLİ OLUN

Bütün dünyada yayılan xərçəng xəstəliyi vaxtında müalicə olunmadıqda və gecikdirildikdə ölümcül nəticələrə səbəb olur. Buna görə də erkən zamanda aşkarlanması çox əhəmiyyətlidir. Bəs bunun üçün nə etmək lazımdır? Xərçəngin əlamətləri hansılardır? bir çoxumuzun görməzdən gəldiyi müəyyən halların xərçəngin əlaməti olduğunu bilirdinizmi? Bədənimizin verdiyi bəzi mesajlar xərçəngin erkən əlamətləri ola bilər. Bu əlamətləri bilsəniz, böyük problemlərin də qarşısını ala bilərsiniz.

Lunar.az xərçəngin xəbərçisi ola biləcək 5 əlaməti təqdim edir.



Mütəmadi öskürək



Əgər sizdə öskürək uzun müddət davam edirsə, mütləq bir həkimə müraciət etməlisiniz.

Bu, ağciyərlərinizdə bir problem olmasına və ya ağciyər xərçənginə işarə ola bilər.



Mütəmadi xoruldamaq




Mütəmadi xoruldamaq, burun tutulmasına işarə ola bilər. Amma diqqət edin, çünki eyni zamanda çox daha ciddi problemlərin olduğunun da əlamətidir.



Mütəmadi yorğun olmaq



Xroniki yorğunluq və əzginlik, adətən, qanda dəmir əskikliyinin əlaməti sayılır. Və ya bundan daha ciddi bir xəstəliyə işarə edə bilər. Buna görə mütləq bir həkimə müraciət edin. Xan xərçənginin ən əhəmiyyətli əlamətləri arasında daimi yorğunluq da yer alır.



Sidikdə yaranan dəyişikliklər




Sidiyə getmədə hər hansı bir dəyişiklik meydana gəlibsə, buna laqeyd yanaşmayın. Məsələn, sidiyə gedərkən göynəmə hissi, sidikdə qan, rəngində yaranan dəyişikliklər böyrəklərinizdə pis xassəli kistanın varlığına dəlalət edə bilər. Eyni zamanda, kişilərdə sidikdəki dəyişiklər prostat xərçənginin əlaməti ola bilər.



Dəridə ləkələr



Dəridə yaranan xallar və ləkələr mütləq həkim tərəfindən müşahidə olunmalıdır. Xal və ləkə hər kəsin dərisində var. Ancaq xallarda və ləkələrdə böyümə və tündləşmə görməyə başladınızsa, bu vəziyyət dəri xərçənginin əlaməti ola bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ