loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Ayaqlarınız şişirsə, səbəbi bu xəstəlikdir – EHTİYATLI OLUN
Ayaqlarınız şişirsə, səbəbi bu xəstəlikdir – EHTİYATLI OLUN
loading...
Bir çox hallarda bədənimizdə, ayaqlarımızda, əllərimizdə şişkinliklər yaranır. Buna görə geyindiyimiz ayaqqabılar dar olur, üzüklər barmaqlarımıza dar gəlir. Bəs bu şişkinliyin səbəbi nədir və ondan necə xilas olmaq mümkündür? Lunar.az bununla bağlı sizə faydalı məsləhətlər verir.

Həyat tərzi

Günün çox hissəsini oturaq keçirən və ya ayaq üstə dayanan insanların ayaqları şişə bilər. Buna görə oturaq işdə olanlar mütəmadi olaraq bəzi idman məşqləri etməlidirlər. Həmçinin ayaqlarını bir-birinin üzərinə qoyaraq oturmamalıdırlar. Ayaq üstdə çalışanlar isə imkan düşdükcə oturmalı, rahat ayaqqabılardan və təbii məhsuldan hazırlanmış corablardan istifadə etməlidirlər.

Böyrək xəstəlikləri

Xüsusilə səhərlər üzünüzdə olan şiş böyrəklə bağlı narahatlıqların göstəricisidir. Bundan əlavə, belinizdə yüngül ağrı və sidikdə rəng pozulması da böyrək xəstəliyindən xəbər verir. Buna görə qidalanmanıza diqqət edin. Yatarkən arxası üstdə yatmağa çalışın. Çünki üzü üstə yatmaq üzün şişməsinə səbəb olur.

Ürək xəstəlikləri

Ayaqlarda və qarında şiş, ağrı, yorğunluq və nəfəs darlığı varsa, bu, ürək xəstəliyinin əlaməti olaraq qəbul edilə bilər. Bildirək ki, ürək xəstəliklərindən qaynaqlanan şişkinlik ev şəraitində müalicə edilə bilməz. Yaxşı olar ki, dərhal kardioloqa müraciət edəsiniz.

Dərmanlar

Bədənin şişməsi müəyyən dərman növlərinin, məsələn, qızdırmasalıcı, ağrıkəsici, doğuşa nəzarət həblərinin qəbul edilməsi ilə bağlı yarana bilər. Əgər qəbul etdiyiniz dərman şişməyə səbəb olarsa, həkiminizə müraciət edin.

Allergiyalar

Bədəninizdə şişlə bərabər qaşıntı və qızarma varsa, bu, allergiyanın nəticəsidir.
Əgər şiş artır, boynunuz və üzünüzə qədər çıxırsa, təcili tibbi yardıma müraciət etmək lazımdır. Yox, əgər şiş azdırsa, anti-allergiya dərmanlarından istifadə edə bilərsiniz.

Maye itkisi

Bədəndə maye itkisi yaşandıqdan sonra orqanizmə su yığılmağa başlayır. Nəticədə, ayaq biləyi, bədənin yuxarı hissəsi və qarın şişir. Buna görə gündə ən az 1 litr su içmək məsləhət görülür. Həmçinin qəhvə, spirtli içki və qazlı su içməkdən də uzaq durun.

Duz

Gündəlik qəbul üçün təklif olunan duz miqdarı 5 qramdır (1 çay qaşığı). Bundan çox duzdan istifadə etsəniz, orqanizminiz su yığmağa başlayır. Qidalanmanızda duzun miqdarını azaldın. Duzu əvəz edən ədviyyatlardan istifadə etməyə çalışın.

Hormonlar

Hormonal xəstəliklər bədənə su yığılmasının başqa bir səbəbidir. Əgər mədə və ya ayaqlarınız şişirsə, müəyyən çəki artımı varsa, bu, hormonal şişdən yarana bilər.

Qidalanmanıza fikir verin. Daha çox protein əsaslı qidalar yeyin. Şirin, acı və duzlu qidaların qəbulunu azaldın. Müalicə almaq üçün ginekoloq və ya endokrinoloqa müraciət edin.

Unutmayın ki, şiş hər zaman bir xəstəlik göstəricisi deyil. İsti havalarda narahat olan ayaqqabılar geyinmək, çox su içmək, ya da duzlu qidalar yeməklə sağlam adamlarda da şiş müşahidə oluna bilər.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 342
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!