Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Əllərinizi sabunla 30 saniyə ovaraq yuyun ki... – SƏYAHƏTİNİZ YARIMÇIQ QALMASIN
Əllərinizi sabunla 30 saniyə ovaraq yuyun ki... – SƏYAHƏTİNİZ YARIMÇIQ QALMASIN
loading...
Yay aylarında ən çox şikayət edilən narahatlıq, mədə-bağırsaq pozuntularıdır. Demək olar ki, əksəriyyətimizdə, o cümlədən azyaşlı uşaqlarda qusma, ishal halları nəzərəçarpacaq dərəcədədir. Bununla əlaqədar həkimə edilən müraciətlər də xeyli artıb.

Bəs adıçəkilən problemlə qarşılaşmamaq üçün hansı üsullardan istifadə etmək lazımdır? Lunar.az pediatr Günay Rəsulovanın bununla bağlı məsləhətlərini diqqətinizə çatdırır:

“Yay aylarında havaların çox isinməsi ilə əlaqədar orqanizm buxarlanma və tərləmə şəklində çox miqdarda maye itirir. Bu mayeni yerinə qoymaq və susuzluğu aradan qaldırmaq üçün alınan, təmizliyinə diqqət edilmədən istifadə edilən hər cür içəcək problem yaradır. Xüsusilə mənşəyi bilinməyən, açıqda satılan, "içməli" sular və bu sularla yuyulmuş meyvə və tərəvəzlərin istifadəsi yay aylarında artmış qusma, ishal hallarının əsas səbəblərindəndir”.

Pediatr deyir ki, pikniklərdə, dənizdə və s. kirli hesab edilən suyu içməsələr belə, bu suda yuyulmuş meyvə və tərəvəzlərə də mikroblar bulaşır: “Xüsusi olaraq, qabığı soyulmadan yeyilən yeyəcəklər daha çox risk daşıyır. Digər tərəfdən, istinin təsirindən qidalar daha tez xarab olur. İstidə, açıqda qalan qidalar üzərində yaranan mikroblar səbəbi ilə qidalar xarab olur”.

“Südlü, mayonezli qidalar, ət, krem, yumurta digər qidalara görə daha tez xarab olma riski daşıyır. Ona görə isti havalarda mikroblarla bulaşmış, düzgün saxlanılmayan bu qidaların yeyilməsi zamanı ağız yolu ilə mikroblar mədə bağırsağa düşərək, ürəkbulanma, qusma, ishal bəzən də qızdırma kimi hallara səbəb olur. Bundan başqa, yay mövsümündə səyahətlərin artması, qidalanma rejimi və qaydasındakı dəyişikliklər, ağcaqanad, milçək və başqa böcəklərin qidalara təması səbəbi ilə qusma, ishal şikayətlərində artış görülür. Təbii ki bu səbəblər arasında təmizliyinə əmin olunmayan hovuzlarda və kirli dəniz suyunda üzmək, bu suların udulması bakteriyalarla qarşılaşmaq üçün başlıca səbəblərdəndir”-deyə o məlumat verdi.

G. Rəsulova bu cür narahatçılıqlarla qarşılaşmamaq üçün, nə etmək lazım olduğu barədə də məlumat verir: “Burada şəxsi gigiyena çox önəmlidir. Əllər sıx-sıx, bol su ilə və sabunla ən az 30 saniyə ovularaq yuyulmalıdır. İstifadə olunan qidaların təzə olmasına, saxlanma şəraitinə, son istifadə tarixinin keçməməsinə diqqət edin. Yaxşı paketlənməmiş, açıqda satılan yeyəcəklər və təmizliyinə əmin olmadığınız "içməli" sulardan uzaq durun. Pasterizə olmayan süd və süd məhsullarını isə qətiyyən istifadə etməyin”


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 486
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!