Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Yaz allergiyasından qorunmağın YOLLARI
Yaz allergiyasından qorunmağın YOLLARI
loading...
Yaz allergiyasından qorunmağın YOLLARI


Yaz aylarında tozcuqların havaya yayılması burun qaşınması, asqırma, burun tıxanması, gözlərdə sulanma, qaşınma kimi allergik əlamətlərin ortaya çıxmasına səbəb olur. Türkiyəli professor Əhməd Akçay yaz allergiyasının sinüsit, qulaq iltihabı, astma kimi sağlamlıq problemlərinə səbəb olduğunu, uşaqlarda dərs qabiliyyətinə təsir etdiyini bildirib.

Ə. Akçay bahar allergiyası olan uşaqların burunlarının tıxalı olduğunu, yuxu keyfiyyətinin pozulduğunu, yaxşı yuxu ala bilməyən uşaqların isə gün boyu özlərini yorğun və halsız hiss etdiklərini deyir. Bu isə məktəb müvəffəqiyyətinə ciddi təsir edir: “Yaz aylarında allergik xəstələrin gözləri, burun və ağciyərlərində həssaslıq yaranır. Onlar burunlarının tıxalı olmasına baxmayaraq, qoxulara qarşı həddindən artıq həssas olurlar. Bahar allergiyası olan uşaqlar qoxulara qarşı həddindən artıq həssas olduqları üçün onların paltarları qoxusuz yuyucu vasitə ilə yuyulmalı və ev təmizliyində qoxusuz məhsullardan istifadə edilməlidir”.

Mütəxəssis bahar aylarında tozcuqlardan qorunmaq üçün bəzi tədbirlərin görülməsindən də bəhs edib. Məsələn:


* Evdən çıxarkən mütləq günəş eynəyi taxın. Bu, tozcuqların gözlərlə təmasının qarşısını alır.

* Ağız yerinə burundan nəfəs alıb-vermək lazımdır ki, burun filtr vəzifəsini yerinə yetirsin.

* Tozcuqların çox olduğu günlərdə küçədə çox gəzməyin.

* Küçədə olduğunuz müddətdə hər fürsətdə üz və burnunuzu su ilə yuyaraq tozcuqları təmizləyin.

* Çöldə vaxt keçirdikdən sonra evə gəldikdə paltarlarınızı dəyişin və duş qəbul edin.

* Yaz aylarında astma, allergik soyuqdəymə və göz allergiyası əlamətlərinin olub-olmamasını araşdırın.

* Bu mövsümdə allergiyası olanlar və ya ailəsində allergiya xəstəliyi olanlar avtomobillərinin toz filtrini dəyişdirməli və filtrli kondisionerlər istifadə etməlidir.

* Evdən işə gələndə üzünüzü yuyun, ağız və burnunuzu su ilə qarqara edərək tozcuqları təmizləyin.

* Bol su və meyvə suyu içmək uşaqların daha gümrah olmasını təmin edəcək.

Bahar allergiyası müalicəsində peyvənd təsirli ola bilərmi?

Professor allergiya peyvəndi müalicəsi deyilən immunoterapiya müalicəsinin bahar allergiyasına yaxşı təsir etdiyini deyir. Bu müalicə ilə şikayətlər aradan qalxır, bahar allergiyasının astma xəstəliyinə çevrilməsi ehtimalı aşağı düşür və astma xəstəliyi olan insanlarda yaxşılaşma müşahidə edilir. Peyvənd müalicəsi mövzusunda isə allergiya mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Peyvənd müalicəsində dəri altına inyeksiya və dil altı həb şəklində üsullar tətbiq olunur. Bu müalicə üsulları 5 yaşından yuxarı insanlar üçün keçərlidir.


loading...
loading...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 290
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!