Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xərçəngi iki gündə sağaldan dərman - İDDİA

Xərçəngi iki gündə sağaldan dərman - İDDİA

Xərçəngi iki gündə sağaldan dərman - İDDİA



ABŞ-də aparılan bir araşdırma nəticəsində məlum olub ki, Anadoluda rast gəlinən ışgın adlı tərəvəz (onun hansı tərəvəz olması barədə təxminlər və müzakirələrlə yazının sonunda tanış olacaqsız-müəllif) xərçəng hüceyrələrinin inkişafını dayandırır.

lunar.az bildirir ki, Amerikanın Atlanta Universitetində iki mərhələ halında aparılan təcrübələr siçanlar üzərində gerçəkləşdirilib.

Işgın bitkisində olan "parietin" adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə ineksiya edilib və təkcə iki gün içində xərçəng hüceyrələrinin yarısının öldüyü görülüb.

Piqmentlərin modifikasiya edilmiş bir növü də şişlərin inkişafını azaldır. Araşdırmadan çıxan bu nəticə yeni bir xərçəng dərmanının da xəbərçisidir. Mütəxəssislər ışgından hazırlanmış xərçəng dərmanının bir neçə il içində xərçəng müalicəsində istifadə olunacağını deyir. Hər nə qədər bitki ilə bağlı həyata keçirilən təcrübələrin nəticəsi müsbət olsa da, onun dərmana çevrilməsi üçün bir çox yeni araşdırmalar aparılmalıdır.

Bitki haqqında əldə edilən kəşf nəticələri böyük bir həyəcan yaradıb. İngiltərənin "Daily Express" qəzetində "Işgın həyatımızı xilas edə bilər" başlığı ilə yayılan xəbər dünya mediasında böyük səs-küy doğurub.

Quzuqulağı fəsiləsindən olan bu bitkinin latın dilində adı "Rheum ribes"dir. Bitki Anadoluda bölgələrdən asılı olaraq ışkın, aşgın, aşkın, eşkin, eşgin, ıçgın, ıçkın, uçgun, uçkun, uşgun və uşkun adları ilə tanınır. Işqın isti və subtropik bölgələrdə yetişir. Tozlanması külək vasitəsilə baş tutur və tibbi bitkilər sinfinə girdiyi üçün farmakoloji araşdırmalarda da sıx-sıx istifadə olunur. Çiy olaraq yeyilir, amma yağda, yumurtada qızartması da olur və turşusu hazırlanır.
Bitkinin Azərbaycan versiyasındakı adı isə ciddi müzakirələrə səbəb oldu. Sosial şəbəkədə gedən müzakirələrdə bu bitkini daha çox çaşır adlandıranlar oldu. Onun yazda bitdiyini, daha çox Laçın, Kəlbəcər, Daşkəsən, Naxçıvan tərəflərdə çox populyar olduğunu deyənlər oldu. Bitkinin yığılma dövrü də yaz mövsümüdür. Sosial şəbəkə istifadəçiləri bildirdilər ki, hal hazırda bu bitkinin tutmasını qoyurlar. Özəlliyi isə odur ki, turşu bankası açılandan bir günə qədər rəngini dəyişməməli, yəni, qaralıb göyərməməlidir.

Versiyalardan biri isə bitkinin adının uşqun olması ilə bağlıdır. Ona latınca "Rheum ribes" deyildiyi, Azərbaycan elmində isə "Qarağat rəvəndi" adlandığı yayılan bilgilər arasındadır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ