Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Daşlardan birini seç və xarakterini bil…

Daşlardan birini seç və xarakterini bil…

Daşlardan birini seç və kim olduğunu bil


— İnsan xarakterini müəyyən etmək üçün müxtəlif növ sınaq vasitələri var.
Bunlardan biri də insanların qiymətli daşlara olan bağlılığıdır. Lunar.az-ın təqdim etdiyi testdə qiymətli daşlara görə xarakterinizi müəyyən edə bilərsiniz. Fotodakı daşlardan birini seçin. Hansı daha çox xoşunuza gəlir? Daş seçiminiz sizin haqda çox şey deyəcək.

1. Mirvari Əgər seçiminiz mirvaridirsə, siz çox qürurlu adamsınız. Ağıllı olmaqla yanaşı, həm də yardımsevərsiniz. Sizin evinizdə həmişə hər şey qaydasında və səliqəli olur. Siz sakit təbiətli, mülayim və yüz ölçüb, bir biçən tiplərdənsiniz.

2. Yaqut Əgər yaqut xoşunuza gəlirsə, deməli, siz dəlisov, çılğın və enerjili adamsınız. Siz həmişə həyəcanı necə tapacağınızı, necə əylənəcəyinizi yaxşı müəyyən edirsiniz. Enerjiniz çox olsa da, onun böyük hissəsini yel dəyirmanları ilə mübarizəyə həsr edirsiniz…

3. Brilyant Seçimi almaz olan adamlar güclü, qərarlı və qürurlu olur. Bu insanlar ətrafdakılara həyat eşqi və mübarizə aşılayırlar.

4. Mavi topaz Seçiminiz mavi topazdırsa, siz təbiətcə çox sakit, səbirli və mülayimsiniz. Bu tip insanlar ən xırda şeylərdən zövq ala, asanlıqla xoşbəxt ola bilirlər.

5.
Peridot Əgər bu daşı seçmisinizsə, sizin üçün həyatda ən önəmli şey öz «mən»iniz və onun axtarışıdır. Siz öz daxilinizlə harmoniyaya çox böyük önəm verirsiniz.

6. Akvamarin Siz okeanı çox sevirsiniz. Ətrafınızdakılar sizi şəfqətli və hər kəsi dinləməyə hazır olan biri kimi tanıyır. Bununla yanaşı, siz enerji dolu, digərlərinin problemlərinə can yandıran, laqeydlikdən uzaq birisiniz. Tez-tez darıxırsınız.

7. Mavi almaz Mavi almazı emosional, duyğusal adamlar sevir. Sizin sevib-sevilməyə böyük ehtiyacınız var. Onu da qeyd etmək lazımdır ki, sizin intuisiyanız çox güclüdür. O, nadir hallarda yanıla bilir.

8. Sitrin Əgər qiymətli daşların arasından sitrini seçdinizsə, deməli, siz yaradıcı insansınız. Ətrafdakılara münasibətdə olduqca istiqanlı, mehriban, ürəyiaçıqsınız. Adətən, bu daşı seçən insanlar münasibətlərdə ideal partnyor olur.

9. Çəhrayı turmalin Turmalini, adətən, həssas və kövrək insanlar seçir. Bu tip insanlar olduqca düzgün, səmimi və təmizürəkli olurlar. Lakin bu o demək deyil ki, turmalini seçən insanlar zəif xarakterlidirlər. Bu daşı seçən şəxslər özlərindən çıxanda onları sakitləşdirmək olmur.

10. Ametist Siz olduqca ağıllı, müsbət enerjili və təmkinlisiniz. Ametist daşını seçən şəxslər olduqca güclü xarakterə malik olurlar. Onların yolunu heç nə kəsə bilməz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ