Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Qadın yalnız namazda örtünərsə, namazı səhih olar?
Qadın yalnız namazda örtünərsə, namazı səhih olar?
loading...
Qadının namazda örtülməsi lazım olan yerləri örtməkdir. Qadının namaza durmadan öncə örtməsi lazım olan yerləri; əlləri və üzü istisna olmaqla bütün bədənidir. Namaz üçün fərz olan örtünmə təmin edildikdən sonra səhihlik baxımından məsələ həll edilmiş sayılır. Namazı batil edən əməllərin içərisində qadının namazdan savayı adi hallarda örtüksüz gəzməsi şəriətdə gəlməyib. Həmçinin bunun namazda savabın artıb-azalmasına da heç bir aidiyyatı yoxdur.

Lunar.az zikr.az-a istinadən bildirir ki, sadəcə namaz əsnasında örtünmək qadın üçün namazın fərzlərindəndir. Hətta səhih bir hədisdə deyilir ki, "Qadın unudaraq örtüksüz namaz qılarsa, xatırladıqda dərhal yenidən qılsın". Amma qadının namazdan başqa, adi hallarda örtüksüz gəzməsi məsələsi, bu Uca Allahın qadınlar barəsində örtünmə əmrinə asi olması deməkdir. Allahın Təalanın əmrinə asilik isə böyük günahlardan hesab olunur. Allah Təala buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (ən-Nur, 31).
"Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl-Əhzab, 33).


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 343
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!