Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
İslamda minimum evlilik yaşı neçədir?
İslamda minimum evlilik yaşı neçədir?
loading...
Sual: Aişə (r. a.) anamızın uşaq yaşda (6-12) evləndirildiyi rəvayət edilir. Biz də bu yaşa əsaslanaraq öz qızlarımızı ərə verə bilərik?

Cavab: Fiqhh və tarix kitablarında Aişə (r. a.) anamızın uşaq yaşda evləndirildiyi rəvayət edilir. Bu rəvayətə əsaslanaraq İslam alimləri kiçik yaşda uşaqların evləndirilməsinə fətva veriblər. Bu məsələylə əlaqədar bütün məzhəblər də ittifaq ediblər. Halbuki bu fətvaları həm Allahın kitabına həm də o dövrdəki ənənəyə tərsdir.

Qurani Kərim oğlan və qız uşaqlarının neçə yaşında evləndirilməsi gərəkdiyini Nisə surəsi 6-cı ayədə bildirir:


“Yetimləri nikah büluğuna (yetkinliyə) çatana qədər imtahana çəkin. Əgər onlardan rüşdə (doğrunu əyridən ayırd etmə səviyyəsi) çatanlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan )insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.”

Əlavə olaraq Nisə surəsinin 2 və 3 ayələrini bu ayəylə birlikdə dəyərləndirə bilənlər evliliklə əlaqəli məsələni daha gözəl başa düşərlər.

Bu ayələrdən gördüyümüz kimi; evlənmək üçün həddi-büluğ çağı da kifayət deyil, eyni zamanda rüşdə də sahib olmaq lazımdır. Çünki rüşdə sahib olan özü haqqında qərar verə bilər. Evlənmək də insanın özü haqqında verəcək qərarlarından biridir. Yetkinlik və rüşd bəzilərində tez bəzilərində də gec yaşda formalaşa bilər. Bu səbəblə dinimiz vəlisiz olaraq nikah qıyılmayacağını bildirmiş və bu şəkildə qıyılan nikahları etibarsız (batıl) saymışdır.

Mədinədə bir uşağın evləndirilməsi ilə əlaqədar da heç bir rəvayət yoxdur.

Nəticə olaraq peyğəmbərimiz əleyhissəlam Qurana tərs bir iş görməmiş və Aişə anamızla da o, yetkinlik və rüşd çağına gələndə evlənmişdir.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 92
PAYLAŞ
loading...
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.


Foto.Lunar.az
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Reklam
Xəbər lenti HAMISI

Musiqi HAMISI

HAMISI Ən çox oxunanlar

Reklam
loading...
Səsvermə
 

Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


 
 

Рейтинг@Mail.ru

Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!