Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Allahdan qeyrisinə dua etmək şirkdir
Allahdan qeyrisinə dua etmək şirkdir
loading...
Dua ibadətin ən böyük növlərindəndir, hətta ibadətin özəyidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Dua ibadətin elə özüdür". (Sunən ət-Tirmizi, 2969). Uca Allah buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60).

Lunar.az zikr.az-a istinadən bildirir ki, dua ibadət olduğuna görə Uca Allahdan başqasına dua etmək şirk sayılır. Peyğəmbərə, övliyaya, mələyə, qəbirə və ya digər məxluqlara dua edən kəs Uca Allaha şərik qoşmuş olur. Uca Allah buyurur: "Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!" (əl-Cinn, 18).

"Kim Allahla yanaşı başqa bir məbuda dua edirsə - bunun üçün onun heç bir dəlili yoxdur - (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir.

Həqiqətən, kafirlər nicat tapmazlar!" (əl-Mu'minun, 117).

"Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər". (əl-Əraf, 197).

"Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan". (Yunus,106).

Duanın ibadət və Uca Allahdan qeyrisinə edilməsinin isə şirk olmasına başqa bir dəlil Uca Allahın bu ayəsidir: "Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar". (əl-Ənkəbut, 65).

Bu ayədə Uca Allah müşriklərin xoş günlərində Uca Allah şərik qoşduqlarını, bəla gəldikdə isə Uca Allaha dua etdiklərini bildirərək bunu pisləyir. Bəs görəsən həm xoş gündə, həm də bəla gəldikdə Uca Allaha şərik qoşanların halı necə olacaqdır?!


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 237
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!