Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
İmam Əlinin (ə) yəhudi alimə cavabı
İmam Əlinin (ə) yəhudi alimə cavabı
loading...
Birinci xəlifənin zamanında yəhudi alim suallar verir, amma verilən cavablardan razı qalmır və İslam dininə hörmətsizlik edən halda çıxıb gedir. Yolda İmam Əli (ə) ilə rastlaşır.

Lunar.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) ona buyurur ki, verilən sualı və aldığı cavabları bilir. "Ancaq bil ki, bizim əqidəmiz belədir ki, Allah məkanı yaratmışdır, ona görə də məkana malik ola bilməz. Ondan üstündür ki, məkan ona yer versin. Ancaq Allah hər yerdədir, hansısa bir şeylə təmasda olmaqdan və ya nəyinsə yanında qərar tutmaqdan başqa. Onun elmi cəhətdən bütün məkanlara əhatəsi vardır. Heç bir məxluq Onun tədbirindən uzaqda deyildir.

Əgər sizin öz kitabınızdan, dediklərimin doğru olduğuna şəhadət verən şeyi desəm, müsəlman olarsan?".

Alim dedi: "Bəli".

İmam (ə) buyurdu: "Sizin dini kitablarınızın birində məgər bu mövzu yoxdur ki, deyir: "Musa ibni İmran (ə) bir gün əyləşmişdi və anidən şərq tərəfdən bir mələk gəldi. Musa (ə) ondan soruşdu: "Haradan gəlmisən?".

Dedi: "Allah tərəfindən".

Başqa bir mələk qərb tərəfdən gəldi və Musa (ə) soruşdu: "Sən haradan gəlmisən?".

Dedi: "Yeddinci torpaqdan və Allahın yanından".

Musa (ə) bu mənzərini görəndə təəccüblə dedi: "Pakdır o Allah ki, heç bir yer ondan boş deyildir""". (Həvzəh)


Bunu deyən zaman yəhudi dedi:
"Şəhadət verirəm ki, o şeyi ki, danışdın, doğrudur. ...".


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 266
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!