Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Evlilikdə eyni səviyyədə olmaq nə deməkdir?
Evlilikdə eyni səviyyədə olmaq nə deməkdir?
loading...
Evlilikdə mühüm olan şərtlərdən biri budur ki, cütlər eyni səviyyədə olsunlar. Bəs eyni səviyyədə olmaq nə deməkdir?

Dinimizin nəzərinə görə eyni səviyyədə olmaq deyildikdə, dindarlıq siması nəzərdə tutulur. Bu mənada ki, iman və etiqad baxımından bir-birinə yaxın olsunlar. Necə ki, Quran buyurur: "Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər". ("Nur" 26).
Quranın nəzərinə görə paklıq və pakizəlik - batini paklıqdır. Yəni, bu insanın Allaha imanı vardır, Qiyaməti və nübuvvəti, vilayəti qəbul edir, Quran ayələrinə əməl edir.
Lunar.az deyerler.org-a istinadən bildirir ki, ona görə də müsəlman bir kişinin müsəlman olmayan qadınla daimi evlənməsi mümkün deyildir. Əgər belə bir evlilik baş verərsə, batil evlilik olar.
Həmçinin möminin qadının haqqı yoxdur ki, müsəlman olmayan bir kişi ilə evlənsin. Çünki mömin ilə mömin olmayan birinin eyni səviyyədə olması mümkün deyildir. "Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz, azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin". ("Bəqərə" 221).
Ona görə də valideynin vəzifəsi budur ki, övladını evləndirən zaman bu meyarlara diqqət etsin, imanlı qızını ancaq imanlı kişiyə ərə versin. Həmçinin imanlı oğlu üçün imanlı qız alsın.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, hərtərəfli iffətə malikdir və həyat onun yanında nəfəqə baxımından asandır, sizin iffətli qızınız üçün eyni səviyyədədir".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim sizin qızınız üçün elçilik edər, sizin onun din və əmin olmasına razılığınız olar - bu evliliyin zəminələrini mütləq hazırlayın. Eyni səviyyədə olanların evliliyinə mane olmaq - yer üzündə fitnənin və böyük fəsadın zəminəsi olar".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O kəsin ki, əxlaq və dini sizin tərəfinizdə bəyənilirsə, ona qız verin. Əgər bu evliliyin baş verməsinin qarşısını alsanız, yer üzündə böyük fitnə və fəsada səbəb olarsınız".
Beləliklə deyə bilərik ki, ailə qurmaq istəyən qızla oğlanın eyni səviyyədə olması mühüm şərtlərdəndir. Eyni səviyyədə olmaq deyildikdə isə nə mal, nə sərvət, nə də vəzifə nəzərdə tutulur. Dinimizin nəzərinə görə eyni səviyyədə olmaq deyildikdə imanı, əxlaqı, əmanətdarlığı, dürüstlüyü, adil olması nəzərdə tutulur. Belə bir şərtlərə malik olan cütlərin ailə qurması Allahın razılığına səbəb olar, həmin ailə Allahın nəzarətində olar.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 323
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!