Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Səhv səcdəsi necə yerinə yetirilir?
Səhv səcdəsi necə yerinə yetirilir?
loading...
Səhv səcdəsi necə yerinə yetirilir?



Namazın rüknlarını və ya vaciblərinin hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Bilməyərəkdən rüknlardan birini buraxan əlavə bir rükət də qılmalı, sonda səhv səcdəsi etməlidir. Vaciblərdən birini buraxan isə əlavə rükət qılmayaraq sonda səhv səcdəsi edir. Səhv səcdəsi namazın qüsurlarını örtür. Səcdələrin sayı ikidir. Namazda buraxılan səhv namaz vaxtı yada düşərsə, sonuncu təşəhüddə, salamlardan qabaq səhv səcdəsi edilir, sonra salam verilir. Buraxılan səhv namazı bitirdikdən az müddət sonra yada düşərsə, yada düşən zaman edilir. Əgər namazı bitirdikdən uzun müddət sonra yada düşərsə, səhv səcdəsi etməyə ehtiyac yoxdur.

Lunar.az bildirir ki, namazın vacib əsaslarında səhv olduğunu bilə-bilə qəsdən səhv səcdəsi etməmək namazı batil edir. Səhv səcdəsi haqda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurur: "Biriniz namazını üç yoxsa dörd rükət qıldığı haqda şübhəyə düşərsə, şübhəsini dəf etsin, qəti şəkildə bildiyinə uyğun olaraq namazını tamamlasın. Salam vermədən qabaq iki dəfə səhv səcdəsi etsin". (Buxari)
Abdullah ibn Buheynə deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə bir neçə namaz qıldırdı və o (ikinci rükətə) oturmadan birbaşa qalxdı, camaat da ona baxıb qalxdı. O, namazını bitirdikdə biz onun salam verəcəyini gözləyirdik. Amma o salamdan öncə təkbir edib oturan halda iki səcdə etdi və sonra salam verdi" (Buxari, Müslim, Nəsai, Əbu Davud, Tirmizi)
Abdullah deyir ki, "bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zöhr namazını beş rükət qıldı. Sonra ona dedilər: Namaza əlavə edilibmi? O dedi: Nə əlavəsi? Dedilər: Sən namazı beş rükət qıldırdın. Sonra o iki səhv səcdəsi etdi. Bu səcdələr salamdan sonra idi" (Buxari, Müslim, Əbu Davud, Tirmizi, İbn Macə)
"Kimsə ikinci rükətdə oturmayıb qalxarsa, əgər tam durmayıbsa, geri qayıtsın! Yox əgər tam qalxıbsa, onda oturmasın! Əvəzində iki səhv səcdəsi etsin"! (Əbu Davud, 10238)

Camaat namazında səhv səcdəsi necə edilir?

Yuxarıdakı qaydalar camaat namazında imama da aiddir. İmam səhv səcdəsi etdikdə camaat da onunla birlikdə səcdə etməlidir. Namaz əsnasında imam səhv etdikdə camaat ona xatırlatmalıdır. Kişilər bərkdən "subhənallah" deyir, qadınlar isə əl çalaraq xatırladırlar. Namazdan sonra imama səhv etdiyi deyilər, lakin imam səhv etmədiyinə əmin olarsa, bu halda imama etimad olunur. Namaz vaxtı imamın səhv etdiyini görərək ona xatırlatmayanlar günah qazanırlar. İmam namazın vacib rüknlarının birində səhv edibsə və camaat bilərəkdən ona xatırlatmayıbsa, bu halda namaz batil olur.(zikr.az)


loading...
loading...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 365
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!