Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sübh namazına durmaq üçün faydalı məsləhətlər

Sübh namazına durmaq üçün faydalı məsləhətlər

Sübh namazına durmaq üçün faydalı məsləhətlər


Sübh namazına durmaq üçün faydalı məsləhətlər


Sübh tezdən Azan deyilir... Hər yeri o İlahi və ecazkər səs bürüyür... Sənsə duymadın o səsi, hələ də yatırsan... Axı namazın vaxtıdır! Niyə oyanmırsan? Niyə namaza tələsmirsən? Sübh tezdən Azan deyildikdə, Allahın yaratdığı canlı quş belə yuxudan oyanıb, Azanın səsi ilə bir səs salar... (Banlayar) Bütün aləmə səs yayar ki, Sübh namazının vaxtıdır. Mələklər yerə enər... Baxar ki, evlərin bəzisində işıq yanır, bəzisində yox... Onlar işıq yanan evə tələsərlər. Baxarlar ki, bütün ailə oyanıb, dəstamaz alıb, ən gözəl və təmiz libaslarını geyinib namaza hazırlaşırlar. Mələklər bunları görcək çox sevinərlər, onların yanında qalıb, ibadəti onlarla birgə edərlər. Ailə dua etdikdə isə mələklər ikiqat artığını Allahdan onlar üçün istəyərlər. Allah da Oz sevimli bəndələrini görər, onlara ən gözəl ruzilərindən göndərər və imanlarını daha da artırar. Ancaq sən?.... Sən hələ də yatırsan! Mələklər bütün ibadət edənlərin yanına gedəndən sonra sənin də yanına gələrlər. Baxarlar ki, sən hələ də yatırsan. “Namazın, ibadətin ən xoş anını itirirsən. Yuxunu namazdan üstün tutdun, utan! Yat o zaman! Qoy şeytan gülsün sənin halına! Biz gedirik!” Bu sözləri mələklər sən yatanda deyərlər və səndən üz döndərib gedərlər. Bəs sən? Bu sözləri eşitdikdən sonra yuxunu namazdan üstün tutarsanmı heç? Kim istəməz ki, səhər tezdən, Sübh namazını mələklərlə birgə qılsın?! Sən istəmirsən? Bu xoşbəxtliyi əldə etmək heç də çətin deyil, inan buna! İradəni möhkəm tut! Hər səhər namazdan əvvəl bir-iki qaydalara riayət et, bu qaydalar sənə yatıb qalmağa imkan verməyəcək!

Qayda 1: Gecə yatmamışdan əvvəl dəstamaz al və Allaha ürəkdən dua edərək de: “Ya Rəbbim, məni şeytandan qoru! Yuxumu namazdan üstün tutmayım, şeytana uymayım! Səhər tez oyanmaqda mənə kömək et!” Sonra da Qurani-Kərimdən bir surə de və ya Ayətül Kürsini de yat! Bu sənə iradəni möhkəm tutmağa kömək edəcək!

Qayda 2: Saatının zəngini məsciddə Azan deyilməmişdən əvvələ (15-20 dəq. əvvələ) quraşdır. (O baxır sənin neçə dəqiqə yuyunub dəstəmaz almağına).


Qayda 3: Çalış zəng çalan kimi onu söndürüb bir də yatma. Çünki təzədən yatanda sən öz-özünə desən də ki bu dəqiqə dururam, indi dururam, şeytan sənə elə vəsvəsə salır ki, sən deyirsən ki, əşi 5 dəqiqəyə 100 faiz dururam. Ancaq duranda görürsən ki, Sübh namazının vaxtından düz 2 saat keçib. Beləcə yatıb qaldın! Odur ki, saatın zəngi çalan kimi söndür və ayağa dur!

Qayda 4: Yuxudan oyanan kimi bu sözləri deyərək dua et Allaha: “Əs- salatu hayrun min ən-navm”. “Namaz yuxudan şirindir (üstündür)”. Bu duanı dedikdən sonra “Şükr Allah” de və dəstamaz almağa tələs.

Qayda 5: Dəstamaz aldıqdan sonra gözəl və təmiz libasını geyin, ətirlən, sən namaza hazırsan!

Qayda 6: Namaz qılmağa başlayanda hiss edəcəksən ki, ətrafın nura büründü, nurla doludur. Bu zaman mələklər səninlə bir yerdə, bir namaz qılarlar.

Qayda 7: Bu gözəl ülvi və saf hissi yaşadıqdan sonra Allaha bol-bol dua etməyə başla. Bir gözəl duanı sizlərə çatdırıram. Bunu özünüz üçün götürün və əzbərləyib hər səhər desəz çox yaxşı olar, savabı da çoxdur.


“Əsbəhnə və əsbəhəl-mulku lilləh, vəlhəmdulilləh. Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadir. Rabbi əsəlukə xayra mə fi həzəl-yəumi və xayra mə bədəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bədəhu.Rabbi əuzu bikə minəl-kəsəli və suil-kibəri. Rabbi əuzu bikə min əzabin fin-nari və əzabin fil-qabr.”

“Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!”

Bu gözəl duanı oxuduqdan sonra bu duanı da deyin: “Allahım! Yuxunu heç vaxt mənim namaza vaxtında oyanmağımda maneə etmə. Həmişə bu cür iradəsi möhkəm olum. Amin!” Sənin bu duana hətta mələklər belə Amin deyərlər! Çünki Sübh namazını vaxtında qılmaq Allah dərgahında çox bəyənilir.

Mömin bacı və qardaşım! Şeytana uymayın! Həqiqətən şeytan möminlərin ən qatı düşmənidir! Sübh namazına yatıb qalmaqla siz şeytanı sevindirir, onu qalib edirsiniz! Siz bu cür imanı az və iradəsi zəif olan biri deyilsiniz! Çünki siz möminsiniz! Həmişə Allaha sığının və çalışın sübh tezdən oyanasız! Allah köməyiniz olsun!

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a) , onun ailəsinə və yaxınlarına, Əhli-Beytə











İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ