Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Möminin qəlbindəki nurun misalı

Möminin qəlbindəki nurun misalı

Möminin qəlbindəki nurun misalı



Uca Allah buyurur: “Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir.
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. Yaxud onların əməlləri zəngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz" (ən-Nur, 35-40









BANDITKA от 29 iyun 2016 09:09
Allah razi olsun qeweng xeberdi
ORXAN от 29 iyun 2016 09:10
sağol can Allah cümləmizdə razi olsun :winked:
BANDITKA от 29 iyun 2016 09:13
Alıntı: (_ORXAN_)
sağol can Allah cümləmizdə razi olsun :winked:

Amin urey
LoVe Fire от 29 iyun 2016 11:43
Gozel ve deyerli xebercun tewekkurler Allah razi olsun.
--------------------
ORXAN от 29 iyun 2016 12:15
cox sağolun xanimlar Allah sizdən və cümləmizdən razi olsun smile
MeLeK от 24 sentyabr 2016 13:41
ALLAH RAZI OLSUN. ..TESEKKUR EDIREM PAYLASDIGIVIZ UCUN
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ