Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Allahın sevimliləri

Allahın sevimliləri

Allahın sevimliləri


Qurani-kərimdə ilahi məhəbbətin əlamətləri və nümunələri haqqında bir çox təbirlər işlədilmişdir:
1. ”İnnəllahə yuhibbut-təvvabin;” Həqiqətən, Allah tövbə edənləri sevir.”
Maraqlıdır ki, ayədə "taibin” deyilməmişdir. Çünki insan ömründə yalnız bir dəfə günaha düçar olmur ki, bir dəfə tövbə ilə kifayətlənsin. İnsan dəfələrlə günah edir və buna görə də daim tövbə etməlidir. Şeytanın tələlərindən biri budur: O bir neçə dəfə tövbəsini pozan insana deyir: "Sən tövbə adamı deyilsən.” Lakin Allah-təala buyurur: "Mən çox tövbə edən şəxsləri sevirəm.” Yəni Allah-təala istəyir ki, insan hər bir səhvdən sonra çəkinmədən tövbə etsin.
2. "Və yuhibbul-mutətəhhirin;” Allah pakizəliyi sevənləri sevir.”
Pakizəlik həmin zahiri pakizəlikdən başlayıb dəstəmaz, qüsl və xüsusi ilə müstəhəb qüsllər kimi şəri pakizəlikdən saysız mərtəbələri olan qəlbi pakizəliyə qədər davam edir. Allah qəlbini kin, pis güman, başqalarına pislik və sair bu kimi çirkablardan təmizləyənləri sevir.
3. Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səd çəkib döyüşənləri sevir.”
Allah yolunda ixlasla və qətiyyətlə vuruşanlar Allahın sevimli bəndələridir. Bu insanlar səxavətlə canlarını fəda edir və Allah yolunda bütün varlıqlarını qurban verirlər.
Bu mövzuda başqa ayələr də mövcuddur. Biz isə bu qədərlə kifayətlənirik. (Misal üçün bu ayələrə müraciət edin: "Bəqərə”, 185; "Ali-İmran”, 76, 93, 146, 148, 159; "Maidə”, 13, 42; "Tövbə”, 4, 7; "Hucurat”, 9; "Mumtəhinə”, 19.
Uyğun mövzuda həzrət Sadiqdən (ə) bir rəvayətə nəzər salaq: "Mən ilahi məhəbbət məqamına çatmaq istədim. Beləliklə, ilahi məhəbbətin günahkarlara kin bəsləməkdə olduğunu gördüm.”
Bu rəvayətə əsasən, Allahı sevib, Allahın da onu sevməsini istəyən kəs Allahın düşmənləri və günahkarlarla düşmənçilik etməlidir. Çünki həm Allahın dostlarını, həm də düşmənlərini sevmək olmaz. Əlbəttə, günahkarlar dedikdə arabir səhvə düçar olan şəxslər nəzərdə tutulmur. Əksinə, belə insanlara qarşı xeyirxah olmalı və onların hidayət olması üçün çalışılmalıdır. Rəvayətdə günahkarlar dedikdə Allahla düşmənçilik edən günahkarlar nəzərdə tutulur.








Bakinec_ от 16 iyun 2016 21:27
Allah razi olsun.
asif.abasov от 16 iyun 2016 23:43
Cox saol maraqli xebere gore Allah razi olsun
SENINEM от 17 iyun 2016 15:43
ALLAH RAZI OLSUN HER KESDEN BIR AZDA DINE QAYITSAQ PIS OLMAZ
--------------------
yoxduu
Inara от 28 iyun 2016 15:15
Allah razi olsun
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ