Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Quran - Ağıl sahibləri üçün bir ibrətdir

Quran - Ağıl sahibləri üçün bir ibrətdir

Quran - Ağıl sahibləri üçün bir ibrətdir


Quran - Ağıl sahibləri üçün bir ibrətdir
Bəqərə surəsi 237 – ci ayə
Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.
Ali-İmran surəsi 115 – ci ayə
Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!
Ali-İmran surəsi 134 – cü ayə
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.
Maidə surəsi 13-cü ayə
Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!
Ənam surəsi 151 – ci ayə
Ata-anaya yaxşılıq edin
Əraf surəsi 56 – cı ayə
Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!
Əraf surəsi 156 – cı ayə
(Rəbbim) Bizə bu dünyada da yaxşılıq yaz
Rad surəsi 22 – ci ayə



Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır (Salat edir), onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar.
Nəhl surəsi 90 – cı ayə
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar
İsra surəsi 7 – ci ayə
Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!
İsra surəsi 23 – cü ayə
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdu
Muminun surəsi 96 – cı ayə
Sən pisliyi yaxşılıqla dəf et!
Qasas surəsi 54 – cü ayə
səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
Qasas surəsi 77 – ci ayə
Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et
Ənkəbut surəsi 8 – ci ayə
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik
Zumər surəsi 10 – cu ayə
Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır.
Fussilət surəsi 34 – cü ayə
Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et!
Nəcm surəsi 31 – ci ayə


Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!
Rahmən surəsi 60 – cı ayə
Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!
İsra surəsi 9 - cu ayə
Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.








Inara от 28 iyun 2016 15:35
qeseng xeberdi elerinize salig
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ