Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
26.01.2016 Olan Bürclər

26.01.2016 Olan Bürclər

26.01.2016 Olan Bürclər


Qoç - Özünüzü lovğa və ya təkəbbürlü aparmayın. Bu gün sizə sadə görünmək lazımdır. Bu yolla özünüzə qarşı rəğbət oyada bilərsiniz. Günortadan sonra qarşınıza yaxşı adamlar çıxacaq.

Buğa- Havaların qeyri-sabitliyi sizə mənfi təsir göstərməkdədir. Odur ki, var gücünüzlə sağlamlığınızı qoruyun. Nahardan sonra şəxsi işlərinizdə böyük dəyişikliklər mümkündür.

Əkizlər - Təzadlı bir gün yaşayacaqsınız. Ətrafınızda cərəyan edən situasiyalar gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Belə məqamlarda dostlarınızla birgə olmağa çalışın.

Xərçəng - Ulduzların düzümü səfərə çıxmaq üçün münasib vaxt olduğunu bildirir. Maddi durumunuz imkan verirsə, bundan imtina etməyin. Ətrafınızda olan insanları real qiymətləndirməkdə yanılmayın.


Şir - Pulla bağlı problemləriniz olsa da, qalan məsələlərdə ovqatınız xoş olacaq. Xüsusən də münasibətlər zəminində cərəyan edən proseslərdə rahatlıq tapacaqsınız. Uzaq yola çıxmayın.

Qız - Gün ərzində özünüzü bütünlüklə fəaliyyətə həsr etməlisiniz. Münasibət və alqı-satqı məsələlərinə isə həvəs göstərməyiniz məqsədəuyğun deyil. Axşam işgüzar söhbətlər aparmaq sizə səmərə verəcək.


Tərəzi - İxtiyarınızda olan bu təqvim sizə düşərli olacaq. Çünki ulduzlar xoş ovqat və qazanc əldə edəcəyinizi bildirir. Oturaq işlərə çox da həvəs göstərməyin. Aktivliyinizi artırın.

Əqrəb - İkitərəfli əməkdaşlıq çox uğurludur. Əlavə adamlar planlarınızı poza bilər. Tanınmış şəxslərlə əlaqələrinizi dərinləşdirin. Günün ikinci yarısında yeni simalarla görüşləriniz mümkündür.


Oxatan - Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün başlıca vəzifəniz sağlamlığınızı qorumaq olmalıdır. Digər məsələlərə isə ciddi yanaşmağa ehtiyac yoxdur. Əsas gücünüzü istirahətə verin.

Oğlaq - İxtiyarınızda olan bu təqvimdə heç bir narahatçılığınız gözlənilmir. İşgüzar sövdələşmələrdə iştirak etsəniz, növbəti ayda probleminiz yaranmayacaq. Pulla bağlı ehtiyatlı olun.

Dolça - Yaxşı olar ki, bürcünüzün “hakim” olduğu bu ərəfədə hisslərinizi cilovlayasınız. Əks təqdirdə arzulamadığınız qalmaqala tuş gələcəksiniz. Yeni əlaqələr uğurdan xəbər verir.

Balıqlar - Sürprizlərlə dolu bir gün yaşayacağınız güman olunur. Ola bilsin ki, bu təqvim 2012-ci ilin ilk yaddaqalan tarixinə çevrilsin. Hər cəhətdən buna hazırlaşın. Hər bir prosesə soyuqqanlı yanaşın








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ